7/09/2018
10/08/2016
Etiraz etməsək növbəti biz ola bilərik
Müəllif: Unknown | 10/08/2016 | Şərh Yaz |
8/21/2016
Türkiyədə terrorun səbəbi Suriya və İraqdakı hazırkı vəziyyətdir
Müəllif: Unknown | 8/21/2016 | Şərh Yaz |
Türkiyədə baş verən terror aktlarının səbəblərindən biri Türkiyə hökumətinin daxilində olan kürd məsələsini həll etmək üçün İŞİD və "Nusra Cəbhəsi" terrorçularına etibar etməsidir. İndi ola bilər İŞİD-lə münasibətləri pozulub, lakin ABŞ-ın maliyyələşdirməsilə terrorçulara silahları göndərən məhz bu hökumət idi. Bu barədə təkzib olunmaz dəlillər Türkiyə mətbuatında dəfələrlə dərc edilmişdir. Hazırda Türkiyədə MİT, yəni Dövlət Təhlükəsizlik Xidməti fəaliyyəti sıfıra bərabərdir. Buna ən böyük sübut kimi 15 iyulda Türkiyədə çevrilişə cəhdi göstərmək olar. O zaman Rəcəb Tayyib Ərdoğan çevriliş cəhdini MİT-dən deyil, yeznəsindən öyrənmişdi.Hazırda Türkiyə iqtidarı Suriyanın bölünməyinə icazə verməyəcəklərini deyir, lakin Suriya hökuməti və dövlətçiliyinin zəifləməsinə məhz özləri səbəb oldu. Bundan istifadə edən separatçı kürdlər ABŞ və Qərbin dəstəyilə Suriyanın şimalında yeni əraziləri işğal edib, Kürdüstan qurmaq istəyir .Türkiyənin "müttəfiqi" olan ABŞ kürdləri silahlandırır və Suriyada yeni dövlət qurmağa cəhd edir. Bu sizə lazım idi? Türkiyədə kürd məsələsini həll etmədən regional güc olmaq istəyi Türkiyəni bu vəziyyətə saldı. Çıxış yolu isə regionda terrorçuları qidalandırmağa son qoymaq və Suriya dövlətinin güclənməsidir.
Regionda stabillik yaranması üçün yol mütləq Suriya və İraqda terroçuların kökü kəsmək və terrorçuluğa son qoymaqdan keçir. Buna nail olmaq üçün ən əsas Türkiyə-Suriya sərhədinin bağlanması və terrorçuların nəqliyyat və təchizat yollarının kəsilməsi və Türkiyənin əvvəlki siyasətindən əl çəkməsi lazımdır. Ümid edək ki, avqust ayının 9-da Rusiyanın şimal paytaxtı Sankt-Peteburqda Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşünün nəticəsi olaraq bu məsələ praktiki şəkildə icra edilməyə başlayar.
Fikrimcə, Türkiyədə baş verən son terror aktları Türkiyə-Rusiya-İranın regional yaxınlaşmasından narahat olan ABŞ-ın əli olduğuna işarə edir. 15 iyul çevrilişə cəhddən sonra istəyinə nail ola bilməyən ABŞ Suriyanın Hasəkə vilayətindəki kürdlərə aktivləşməyi, Türkiyədə isə terror törətmək təlimatları verib. Sonda qeyd edım ki, Türkiyə-Rusiya-İran yaxınlaşması və güclənməsi regionun stabilliyinə böyük töhfə verə bilər. Ümid edək ki, bu yaxınlaşma bundan sonar da davam edəcək və region terror və müharibələrdən qurtulacaq.
1/24/2016
Dünyanı iqtisadi nəhəngi Çin İranla əmkdaşlığa başladı
Müəllif: Unknown | 1/24/2016 | Şərh Yaz |
1/21/2016
Саудовская Аравия и ее некоторые заветные страны хотят восстановить снимаемые шестеркой санкции в отношении Ирана посредством арабской коалицией
Müəllif: Unknown | 1/21/2016 | Şərh Yaz |
Саудовская Аравия во главе арабской коалиции,
в том числе и страны залива намерены применить санкции в отношении Ирана. Таким
образом, эти страны задумались о замене санкций, наложенных США и странами
шестерки. Насколько известно, 14 июля прошлого года Иран и страны шестерки
достигли соглашения по ядерному вопросу. США в свою очередь показали себя
достаточно либеральными в вопросе снятия санкций. 1/12/2016
Səudiyyə və koalsiyasının İrana qarşı sanksiyası uğurlu olacaqmı?
Müəllif: Unknown | 1/12/2016 | Şərh Yaz |
Ərəb ölkələri başda Səudiyyə Ərəbistanı olmaqla həmçinin körfəz ölkələri İrana qarşı sanksiya tətbiq etmək istəyir. Bununla da ABŞ və altılıq ölkələrin tətbiq etdiyi sanksiyalarını əvəz etəmk fikrinə düşüblər. Bildiyiniz kimi bu ötən ilin iyul ayının 14 də İran və altılqı ölkələri arasında nüvə məsələsində tarixi razılaşma əldə edilib. ABŞ da öz növbəsində snaksya məsələsində liberal olduğunu göstərib. Avropa artıq İrandan sanksyaların götürülməsinə hazırlaşır. Necə deyərlər bu gün sabah məsələsidir. İndi maraqlıdır Səudiyyə Ərəbistanı və onun bəslədiyi bəzi ölkələr altılıq ölkələrin götürəcəkləri sanksyaları ərəb koalisiyası ilə bərpa etmək istəyirlər. Bu İrana nə dərəcədə təsir edəcəyi isə adi bir hesablama ilə oxuculara izah etmək olar. Başlayaq Almaniyadan almaniyanın ticarət dövriyyəsinin həcmi təqribən 2,5 trilyon avrodur bu da dünya iqtisadiyyatının 4-cü ölkəsidir. Avropa İttifaqının isə 20% ümumi daxili məhsulu bu ölkədə istehsal edilir. Almaniyanın ixracatı isə 900 milyard avro həcmindədir. Bu iqtisadi göstəricilərə malik olan dövlətlər illərlə İrana sanksiya tətbiq edib lakin sonunda bu fikirlərindən daşındılar və bu ölkə ilə iqtisadi siyasi əlaqələri bərpa etməyə çalışırlar. Bu mövzuya yenidən qayıdarıq. Gələk Səudiyyə Ərəbistanı iqtisadiyyatına ölkənin əsas ixrac məhsulu yəni 95% neft və neft məhsulları təşkil edir. Səudiyyə Ərəbistanın ümumi daxil məhsulun həcmi 2015-ci ildə təqribən 800 milyard dollara yaxın olub. Neft qiymətlərinin 3 dəfədən artıq qiymtənin düşməsi bu ölkənin büdcəsindəki kəsir ni 100 milyard ABŞ dollarına yaxın edib bu da ölkənin ÜDM-nin 15%-ni təşkil edir. 2016-ci ildə sə Səudiyyə Ərəbistaının büdcə kəsiri ÜDM-un 60%-ni təşkil edəcək. Bu da israfla yaşamğa alışan Səudiyyə Ərəbistanı üçün çox çətin olacaq.
Bütün bunları nəzərə alara Səudiyyə Ərəbistanı və dostlarının İrana qarşı sanksiya tətbiqi heçdə uğurlu alınmayacağı aşkar olunur. Gələk yenidən Avropaya iqtisadi göstəricilərini verdiyimiz Almaniyanın sırasına Fransa, İtaliya, Britaniya, İspaniyanı əlavə edək və İranla iqtisadi əməkdaşlığa başlayacağı təqdirdə İranın ixrac –idxal dövriyyəsinin artması qaçılmaz olacaq. Əlavə olara bura Çin, Hindisdan, Malaziya, İndoneziya, Avstraliyanıda əlavə etsək görərik ki, Səudiyyə Ərəbistanı sanksiya ilə yalnız özünü blokadaya salaraq bölgədə hegemonluq yox təcrid vəziyyətə düşəcək. Nəzərə alsaq ki, İran uzun illər sanksiyalar vəziyyətində neft qiymətinin barelinin 30-40$ səviyyəsində yaşamağa vərdiş edib və Səudiyyə ilə uzun müddətli qiymət qarşıdurmasında öz mövqeyini dəyişməyəcək. Nəzərə alaq ki, sanksyalar aradan qaldırıldıqdan sonra İran dünya bazarına sutkalıq 400-700 mln barel neft ixrac edəcək. Bütün bu rəqəmlər və iqtisadi göstəricilər bir daha nümaiş etdirir ki, Səudiyyənin İrana qarşı avntyurası bu ölkəyə baha başa gələcək. Yəməndə bitməmiş müharibə və ABŞ-ın öz neft rezervlərini dünya bazarına çıxarması Səudiyyə Ərəbistanın nə neft qiymətinə nə də ki, regionda öz təsirini qoymağa imkan verməyəcək. İran isə necə deyərlər özünü neft bumuna və kapital daxil olamalarına artıq başlayıb. Avropada ilk bir başa tranzaksiyasında alıb. Dünya bazrında iqtisadiyyatın və sülhün olması ümüdi ilə bu qədər.
Faiq Rəsulzadə.
12/31/2015
2015-ci il Yəməndə qətliamla yadda qaldı
Müəllif: Unknown | 12/31/2015 | Şərh Yaz |
Milyonlarla Yəmənli qida, su və tibb ehtiyaclarını ödəməyə çətinlik çəkməkdədir. Özünü islam ölkəsi adlandıran Səudiyyə xanədanı mübarək Ramazan ayında belə Yəmən xalqına sionist İsrail rejimi ənənəsində bombardman etməyi dayandırmadı.
Aylardı davam edən bu zülmə Yəmən xalqı və "Ənsarullah" döyüşçüləri Səudiyyə ərazilərində rejimə qarşı hərbi əməliyyatlara başladı. Bir neçə ay ərzində Yəmənli döyüşçülər rejimin Cizan Nəcran və Əsir vilayətlərində külli lı miqdarda postlarını hərbi hissələrini, texnikasını, canlı qüvvəsini, hava limanlarını məhv etməyə davam etməkdədir. Yəmənin cənubunda yerləşən Adən, Taiz vilayət və şəhərlərində yerləşən işğalçılara qarşı mübarizə davam edir. Yəmənin Mərib vilayətində Səud və müttəfiqlərinə məxsu koalisiya indiyədək min nəfərə dək canlı qüvvə və 100 dən artıq zirehli texnikasını itirdi.
Səudiyyə bu aylar ərzində Yəməndə özünə xidmət edən marianet höküməti qura bilmədi və planları alt-üst oldu. Neft qiymətlərinin dünya bazarında dəyər itirməsi. Səudiyyə xanədanının hərbi xərclər içərisində boğulmasına və 98 milyard dollar büdcə kəsiri ilə ili başa vurmasına gətirib çıxardı. Yəmən xalqı da öz növbəsində Səudiyyə və müttəfiqləri ilə 100 il müharibə etməyə hazır olduğunu bəyan edrərk işğalçılara səhf düşmən seçdiyi mesajını verdi.
Ümid edirik ki, 2016-cı təqvim ili Yəmən xalqı və onun timsalında bütün mübarizlərin qələbə ili olacağı ilə yadda qalacaq.
Fələstinin bərəkətli və nemətli torpaqları 68 ildir ki işğalçı sionist rejimin əlindədir
Müəllif: Unknown | 12/31/2015 | Şərh Yaz |
İslam ümmətinin yaralı yeri olan müsəlmanların ilk qibləsi Qüdsün,müqəddəs Fələstinin bərəkətli və nemətli torpaqları 68 ildir ki işğalçı sionist rejimin əlindədir. 2015-ci ildə bu vəziyyət dəyişmədi fələstinlilər bu ildə də demək olar ki, tək qaldı körpələr öldürüldü insanlar öz yurdlarından sürgün edildi evləri söküldü. Sionist zindanlarına olan azad insanlar bir ildə qocaldı övladları bir yaş böyüdü şəhidlərin bir ili oldu. Ancaq islam ümməti bir santimetr belə vəhdətə yaxınlaşmağa cəhd etmədi. Fitnə ümməti bürdü. Lakin azadıq göyərçinləri hələdə var və bu mübarizə davam edəcək. Allah ordusu və nuru sönməyəcək. Dünya zülmdə batsada o bataqlığı qurudan bir günəş mütləq çıxacaq. Fələstinin Qarabağın və digər işğal altında olunan qəsb edilən torpaqlar mütləq qaytarılacaq. Fələstin və Qarabağ heç vaxt unudulmur. Unuturmaq istəyənlər yer üzündən inşəAllah silinəcək. Qarabağda və Qüdsdə görüşmək diləyi ilə.İŞİD fitnəsi son nəfəsini almaqdadır
Müəllif: Unknown | 12/31/2015 | Şərh Yaz |
12/16/2015
Türkiyə hakimiyyətinin strateji səhvi
Müəllif: Unknown | 12/16/2015 |
11/04/2015
Vəhhabi krallığı başını itirib
Müəllif: Unknown | 11/04/2015 | Şərh Yaz |
10/16/2015
ABŞ-ın növbəti İŞİD gedişi - Tacikistan
Müəllif: Unknown | 10/16/2015 | Şərh Yaz |
10/09/2015
Rusiyanın Yaxın Şərqdə şah və matı
Müəllif: Unknown | 10/09/2015 | Şərh Yaz |
8/26/2015
Arianlar (Araşdırma)
Müəllif: Unknown | 8/26/2015 | Şərh Yaz |
Arianlar (Arianizm xristian məzhəblərindən biri)
Arianlıq 4-6-cı əsrlərdə İskəndəriyyəli rahib Ariyin (ölüm tarixi 336-il) iddiası bu idi ki, İsa (ə) Allahla bərabər qüdrətdə deyil və Allahın iradəsi ilə yaradılmışdır. Əbədi deyil və Allahla insanlar arasında bir vasitədir. 1-ci Ümumdunya Kilsə Şurası 325-ci ildə Arianlıq məzhəbini tənqid etdilər və rahib Ariyi kafir adlandıraraq sürgün etdilər.
Arianlıq 2-ci Ümumdünya Kilsə Şurası tərəfindən rəsmi şəkildə 381-ci ildə küfr elan edildi. Xristianların nəzərinə görə Arianlıq rahib Arian adından götürülmüş küfr məzhəbdir. Çunki rahib Arian İsanın (ə) Allahla bərabər qüvvəyə və eyni olması iddiası doqmatına (bildirək ki, kilsə bu cür qəbul edir) qarşı çıxmışdır. İlk dəfə bu mübahisə rahib Arian ilə İskəndəriyyə kilsəsinin Arxiyepiskopu Aleksandr arasında 318-ci ildə baş verib. Arianlıq 325-ci ildə və 2-ci dəfə 381-ci ildə tənqid olunmağına və küfr elan edilməsinə baxmayaraq, İmperator Konstantin (Böyük Konstantin) 337-ci ildə ölümündən 381-ci il ikinci Ümumdünya Kilsəsinin zamanına qədər Ümumdünya Kilsəsində Arianlıq məzhəbinin nümayəndələri üstünlük təşkil edib və bu ideologiya Kilsənin öncül təlimlərindən olub. Buna baxmayaraq Arianlıq məzhəbinin ardıclıları da parçalandılar və iki dəstəyə ayrıldılar.
381-ci ildə Arianlıq kilsə tərəfindən küfr elan edilməsinə baxmayaraq, bir neçə əsr onun ardıcılları qalmaqda davam edir, belə ki, şərqi və mərkəzi Avropada arianlara rast gəlmək olurdu. Ukrayna ərazisində yerləşən Qoşa bölgəsində Arian məzhəbinin ardıcılları sıx məskunlaşmışdılar.
Xristian kilsələrinin qəbul etmədiyi batil məzhəblərdən biri də Yahova şahidləridir. Bu məzhəbin ardıclıları da maraqlıdır ki, Arianlıq məzhəbinin ardıcılları kimi İsanı (ə) Allahın elçisi kimi tanıyırlar, lakin Allahın qüdrətinin artıb-azaldığı dövrün olduğuna da inanırlar. Hal-hazırda dünyanın müxtəlif ölkələrində öz batil inanclarını təbliğ etməkdədirlər. İslam dininə tarixdə loyal yanaşan xristianların arian olması iddia edilir. Bəzi xristian mənbələri İslam peyğəmbəri Həzrət Muhəmmədin (s) Arian xristianlarını hidayət etdiyini qeyd edir.
Təbii ki, İslamı qəbul edən xristianlara kilsədə azmış insan kimi baxsalar da, həqiqətdə o xristianlar haqqı taparaq hidayətə qovuşublar. Tarixi kitablara nəzər saldıqda Arianlıq məzhəbi haqqında Avropada çox az məlumata rast gəlmək olur. Bu da başa düşüləndir, çünki tarix boyu kilsələrin təzyiqi buna səbəb olub.
Hazırladı: 20.06.2014
Faiq Rəsulzadə
4/01/2015
Mormonlar kimdir? II hissə (Araşdırma)
Müəllif: Unknown | 4/01/2015 | Şərh Yaz |
Sektaya üzv olan cavanlar öz büdcələri hesabına iki il ərzində dünyanın müxtəlif ölkələrində missionerliklə məşğul olurlar.
Daha yaşlı olan mormonlar isə sosial yönümlu və digər işlərlə məşğul olurlar.
Mormonlar öz təbliğatlarını təhsil yolu ilə güclü şəkildə inkişaf etdirirlər. ABŞ-da yerləşən beş ən iri özəl universitetdən biri “Brigham Young” mormonlara məxsusdur.
Mormonların ABŞ-ın siyasətində də öz nümayəndələri mövcud olub və olmaqdadır. Mormonlar həm respublikaçı, həm də ki, demokrat partiyasının sıralarında mövcuddurlar.
Aşağıda sizə ABŞ-ın Mormon siyasətçilərinin adlarını qeyd edəcəyik.
ABŞ-ın Mormon siyasətçiləri Bob Bennett (1933 ): ABŞ senatoru, Yuta ali parlament fraksiyasının təşkilatçı üzvü, respublikaçı
Rob Bişop (1951): ABŞ-ın Yuta ştatı nümayəndəsi, respublikaçı
Kris Kannon (1950): ABŞ-ın Yuta ştatı nümayəndəsi
Mayk Krapo (1951): ABŞ-ın Aydaho senatoru, respublikaçı
Con Dulittle (1950 ): Kaliforniya ştatından respublikaçı,
Eni Faleomavaega (1943): Amerika müstəmləkəsi dövlət departamentinin nümayəndələr palatasının üzvü, demokrat
Ceff Flayk (1962 -): Arizona respublikaçılar nümayəndəsi
Cim Qibbons (1944): Nevada qubernatoru
Orrin Hatk (1934): ABŞ-ın Yuta senatoru, respublikaçı
Din Heller (1960) Nevada nümayəndəsi, respublikaçı
Vially Herger (1945): Kaliforniya konqresmeni
Jon Huntsman (1960): 2004-cü ildən Yuta qubernatoru
Mixail O. Leavitt (1951 -): Sağlamlıq və İnsan Hüquqları üzrə nazir və Yutanın keçmiş qubernatoru
Cim Matheson (1960): Yuta demokrat nümayəndəsi ,
Buk Makkeon (1938): Kaliforniya nümayəndəsi, respublikaçı
Hary Reid (1939): Senator, hal-hazırda Nevada ştatı demokrat üzvdür.
Mik Simpson (1950-): Aydaho nümayəndəsi, respublikaçı
Qordon Smit (1952): ABŞ-ın Oreqon senatoru, respublikaçı
Tomas Styuart Yudel (1948): Nyu Mexico konqresmeni
Yuxarıdakı adlar adları çəkilən siyasətçilərin rəsmi elan olunan adlarıdır.
Mormonların ABŞ hökumətində olan gizli üzvləri barədə isə məlumat olmadığından onların adlarını təbii ki, qeyd edə bilmirik.
Mormonlar da masonlar kimi ABŞ-ın bütün sahələrində öz üzvlərini yeritidiyi isə əldə olunan məlumatlara əsasən öz təsdiqini tapır.
Son olaraq mormonlar öz təbliğatlarını ABŞ və dünyada, təhsil ocaqlarının yaxınlığında öz ofislərini quraraq, gizli və bəzi ölkələrdə açıq şəkildə aparmaqdadırlar.
Bu və digər sektalardan uzaq olmaq və öz yaxınlarınızı qorumaq istəyirsinizsə, mənsub olduğunuz İslam dinini daha yaxşı oyrənmək lazımdır. Öz müqəddəs dinimizə möhkəm sarılaraq, batil cərəyanların inkişafının qarşısını almalıyıq.
Faiq Rəsulzadə
3/28/2015
Yəməndə şiələr sünnilər ilə vuruşur?
Müəllif: Unknown | 3/28/2015 | Şərh Yaz |
Vəhhabi krallığı “Husi”lərin sünni və şiə birliyi ilə yaratdığı “Ənsarullah” təşkilatının krallığın planlarını puç edəcəyini çox gözəl anlayır və ona görə də, Yəmənə təcavüz etdi. Ancaq unutmaq lazım deyil ki, Yəmən xaqlı döyüşkən və iradəli xalqdır. Bütün fitnələrə baxmayaraq, Yəmən xalqı sünnisi və şiəsi ilə birgə xarici təcavüzə qarşı sipər olaraq qalib gələcəklər.
3/13/2015
Putin İslamı qəbul edib ...(Köşə yazısı)
Müəllif: Unknown | 3/13/2015 | Şərh Yaz |
3/09/2015
Makedoniyasayağı atəş (Araşdırma)
Müəllif: Unknown | 3/09/2015 | Şərh Yaz |
İki silahla çiyin bərabərliyində eyni anda açılan atəş metodudur.
Unutqanlıq!
Müəllif: Unknown | 3/09/2015 | Şərh Yaz |
Unutqanlıq!
Cəbhə xəttdində erməni dığalarının təxribatları davam edir və bu təzə bir şey deyil, iki əsrdən artıqdır ki, erməni daşnaqları cüzam xəstəliyi kimi Azərbaycanın canına mübtəla olub və bu xəstəlikdən hələ ki, qurtula bilmirik. Səbəbi dünyada baş verən proseslər və sayr göstərilsə də, əsas səbəb unutqanlıqdır. Hər dəfə əsgərlərimiz şəhid olanda kompaniya xarakterli çıxışlar, tədbirlər olur, amma bu kifayət deyil. Xalq olaraq ağrılarımızı, acılarımızı tez unuduruq. Bu günlər də istisna deyil. Bildiyiniz kimi dünən 9 əsgərimiz şəhid oldu və bu ərəfədə televiziya kanalları, əyləncə mərkəzləri öz işlərində idilər. Çal-çağır, əyləncə davam edirdi və etməkdədir. Müxtəlif bəhanələr gətirməklə, öz keflərindən qalmırlar. Ötən illərdə şəhid olan əsgərlərimizə dəstək üçün etiraz aksiyası keçirən valideyinlərlə həmrəy olmayanlar indi bu acıları öz evlərində, şəhərlərində, kəndlərində yaşamaqdadırlar. Axı bu dərd milli dərdimizdir, nəyə görə birimizin başına gələn müsibətə laqeyd qalırıq, axı biz də bu ailənin üzvüyük. Milli düşmənimiz olan ermənilərin törətdiklərini nəyə görə tez unuduruq? Səbəb içimizdə olan “ermənilərdir” bəlkə? Özümüzə sual verməliyik ki, həmişə nə edək, necə düşmənimizə kinimizi sabit saxlayaq? Fikrimcə sadəcə unutqan olmayaq yetər, dini-mənəvi xəttimizə sadiq qalaq. Üzərimizə düşən vəzifələri layiqincə icra edək, erməni dığalarının çirkin əməllərini daima gündəmdə saxlayaq, ailədə və ictimaiyyət arasında təbliğ edək. Düşmən düşməndir, şəxsən mən düşünürəm ki, erməni dığaları ilə aramızda heç vaxt sülh olmayacaq. Çünki ermənilər ailələrində, məişətlərində, ictimaiyyətlərində daim azərbaycanlıları özlərinə əzəli düşmən bilir və bizim ərazilərimizi öz torpaqları sayırlar. Azərbaycan xalqı öz əsgərlərinə daim dəstək olmalı, ictimaiyyət nümayəndələri cəbhə xəttində monitorinqlərə ara verməməlidir. Bu milli problemimizdir, bunu birlikdə həll etməliyik. Müdafiə Nazirliyi də əsgər və zabitlərimizin maddi-texniki vəziyyətini dəfələrlə yüksəltməlidir, buna borcludur! Şəhidlərimizin az, uğurlarımızın çox olmasını istəyiriksə, onda ölməyə yox, öldürməyə hazır olmalıyıq və tarixdə xalqımıza qarşı törədilən soyqırım və cinayətləri unutmamalıyıq. Allah əsgər və zabitlərimizə yar olsun!
Panama kanalının tarixi (Araşdırma)
Müəllif: Unknown | 3/09/2015 | Şərh Yaz |
Panama kanalının tarixi Amerika qitəsinin kəşf oluduğu tarixindən başlayır. İki okean arasında ensiz su keçidinin yaranması Atlantik və Sakit okeanları birləşdirəcək əla bir ideya idi. İlk dəfə bu yolun salınması fikrinə kolonistlər düşüb və onların bu kanalın salınması üçün xüsusi sxemləri də mövcud olub.
Amerikanlar Panama kanalının tikilməsinin zəruruiliyini Amerika-İspan müharbəsindən sonra dahada çox hiss etməyə başladılar. 1898-ci ildə amerkanlar ilə britanıyalılar arasında bağlanılan “Heya-Paunsoft” müqaviləsi ilə Panama kanalının tikintisini manapollaşdırdılar.
Volter Rid və Ceyms Kerrelin tərəfindən 1900-cu ildə müəyyən edilib ki, sarı qızdırma xəstəliyinin daşıyıcısı ağcaqanadlardır. Bundan sonra zərər verici həşaratlara qarşı mübarizə və təmizləmə metodu hazırlanmağa başlanılır. Vilyam Kroford Qorqasomun başçılığı altında 1500 nəfərlik qrup həşaratları məhv etmək planını icra etməyə başladılar. Bu səbəbdən 30 kv km ərazidə kolluq ərazi və otlaq sahələr yandırılır, 83,6 hektar ərazidə olan bataqlıqlar qurudulur və 567,8 min litr xüsusi yağla zərər verici ağcaqanadların sürfələri məhv edilir. Bununla da sarı qızdırma xəstəliyinin qarşısı alınaraq tikintiyə yol açıldı.
Faiq Rəsulzadə
Səhifələr
Ən Çox Oxunanlar
Arxiv
Kateqoriyalar
- Araşdırma (9)
- İqtisadiyyat (2)
- Köşə Yazıları (11)
- Məqalə (7)
- siyasət (1)
- Terror (1)
- Türkiyə (1)
- Yaxın Şərq (2)















