3/09/2015

Makedoniyasayağı atəş (Araşdırma)

Makedoniyasayağı atəş silahlı döyüş növüdür

İki silahla çiyin bərabərliyində eyni anda açılan atəş metodudur. 

İlk dəfə bu termin və atəş açma metodu 1934-cü ildə istifadə edilməyə başlayıb. Belə ki, 1934-cü il, 9 oktyabrda qarasaçlı fiziki hazırlıqlı bir kişi əlində böyük gül dəstəsi ilə polis kordonunu yarıb keçərək Yuqoslaviya Kralının açıq limuzininə doğru şığıdı. Limuzində Yuqoslaviya kralı Aleksandr, Fransanin xarici işlər naziri Jan-Lui Bartu və general Alfons Jorj var idi. Böyük gül buketinin içində gizlətdiyi mauzer tapançasını və sonradan çıxartdığı valterlə - iki silahla eyni anda atəş açmağa başladı və o dövrdən bu atəş növü Makedoniyasayağı atəş adlandı. Atəş nəticəsində Kral Aleksandr yerindəcə keçindi, general Jorj atəş açana mane olmaq istəsə də dörd güllə onun da həyatına son qoydu.

Nəyə görə bu hadisədən sonra bu atəş açma metoduna Makidonyasayağı deyildi? Atəş açan cinayətkarın əlində olan döymədə belə yazılmışdı: “Makedoniya Daxili İnqilab Təşkilatı” bu təşkilat Balkanlarda dövrünün ən dəhşətli terror təşkilatlarından biri idi. Atəş açan da həmin terrorçu qruplaşmanın çoxdandır axtarılan üzvü Vlado Şofer ləqəbli Vlado Çernozemskiy (əsl adı Veliçko Dmitrov Kerin) idi. O, Makedoniya mənşəli Bolqar inqilabçı idi.


Makidoniyasayağı atəş növü öz aktuallığını 1950-ci illərə kimi qoruyub saxlaya bilmişdir. Sonradan pulemyot tapançaların istehsal edilməsi ilə xüsusi xidmət orqanları bu növ atəş açma metodundan az istifadə etməyə başlamışlar.


Makedoniyasayağı atəş açmanın üstünlükləri və çatışmayan cəhətləri.
İki tapança ilə eyni anda atəş açmaq atəş intensivliyini təmin etsə də, zəif cəhətləri də mövcuddur. Belə ki, iki tapança ilə eyni anda atəş açma zamanı dəqiqlik itir və tapançaları yenidən doldurmaq çox vaxt aparır. Bunlara baxmayaraq, bəzi xüsusi xidmət orqanları indi də bu növ atəş açma metodundan istifadə edirlər.

Faiq Rəsulzadə


0 Şərh:

Şərh Yaz

Səhifələr

Ən Son Şərq Xəbərlərinin Ünvanı

Arxiv

Saat

Tərcümə

Məzənnə

Price