3/09/2015

Unutqanlıq!


Unutqanlıq!
Cəbhə xəttdində erməni dığalarının təxribatları davam edir və bu təzə bir şey deyil, iki əsrdən artıqdır ki, erməni daşnaqları cüzam xəstəliyi kimi Azərbaycanın canına mübtəla olub və bu xəstəlikdən hələ ki, qurtula bilmirik. Səbəbi dünyada baş verən proseslər və sayr göstərilsə də, əsas səbəb unutqanlıqdır. Hər dəfə əsgərlərimiz şəhid olanda kompaniya xarakterli çıxışlar, tədbirlər olur, amma bu kifayət deyil. Xalq olaraq ağrılarımızı, acılarımızı tez unuduruq. Bu günlər də istisna deyil. Bildiyiniz kimi dünən 9 əsgərimiz şəhid oldu və bu ərəfədə televiziya kanalları, əyləncə mərkəzləri öz işlərində idilər. Çal-çağır, əyləncə davam edirdi və etməkdədir. Müxtəlif bəhanələr gətirməklə, öz keflərindən qalmırlar. Ötən illərdə şəhid olan əsgərlərimizə dəstək üçün etiraz aksiyası keçirən valideyinlərlə həmrəy olmayanlar indi bu acıları öz evlərində, şəhərlərində, kəndlərində yaşamaqdadırlar. Axı bu dərd milli dərdimizdir, nəyə görə birimizin başına gələn müsibətə laqeyd qalırıq, axı biz də bu ailənin üzvüyük. Milli düşmənimiz olan ermənilərin törətdiklərini nəyə görə tez unuduruq? Səbəb içimizdə olan “ermənilərdir” bəlkə? Özümüzə sual verməliyik ki, həmişə nə edək, necə düşmənimizə kinimizi sabit saxlayaq? Fikrimcə sadəcə unutqan olmayaq yetər, dini-mənəvi xəttimizə sadiq qalaq. Üzərimizə düşən vəzifələri layiqincə icra edək, erməni dığalarının çirkin əməllərini daima gündəmdə saxlayaq, ailədə və ictimaiyyət arasında təbliğ edək. Düşmən düşməndir, şəxsən mən düşünürəm ki, erməni dığaları ilə aramızda heç vaxt sülh olmayacaq. Çünki ermənilər ailələrində, məişətlərində, ictimaiyyətlərində daim azərbaycanlıları özlərinə əzəli düşmən bilir və bizim ərazilərimizi öz torpaqları sayırlar. Azərbaycan xalqı öz əsgərlərinə daim dəstək olmalı, ictimaiyyət nümayəndələri cəbhə xəttində monitorinqlərə ara verməməlidir. Bu milli problemimizdir, bunu birlikdə həll etməliyik. Müdafiə Nazirliyi də əsgər və zabitlərimizin maddi-texniki vəziyyətini dəfələrlə yüksəltməlidir, buna borcludur! Şəhidlərimizin az, uğurlarımızın çox olmasını istəyiriksə, onda ölməyə yox, öldürməyə hazır olmalıyıq və tarixdə xalqımıza qarşı törədilən soyqırım və cinayətləri unutmamalıyıq. Allah əsgər və zabitlərimizə yar olsun!

0 Şərh:

Şərh Yaz

Səhifələr

Ən Son Şərq Xəbərlərinin Ünvanı

Arxiv

Saat

Tərcümə

Məzənnə

Price