Dünyanı iqtisadi nəhəngi Çin İranla əmkdaşlığa başladı
Yanvar
ayının 16-da sanksiyalardan azad olan İran regionda öz iqtisadi potensialını yeniləmək üçün yaxşı fürsət əldə etmiş oldu.
Dünyanın bir çox sənaye nəhəngi İran bazarında yerini tutmaq üçün bu ölkəyə
müxtəlif nümayəndə heyətləri ilə səfər etməyə başladı. İqtisadi əlaqələrin bərpa
olunması və yeni 80 milyon əhalisi olan bazarda özünün iştirakını təmin etmək
tam məntiqli və iqtisadi baxımdan əsaslıdır. Düşünürəm ki, bütün bu ölkələr arasında ən böyük maraq
Çin- İran münasibətlərinə cəlb edilməlidir. Çin rəhbəri Şi Cinpinqinin 14 ildən
sonra İrana səfər etməsi sanksiyalardan azad olunan İranla yeni
üfüqlərin açılmasından xəbər verdi. Belə də oldu. Danışıqlar zamanı 17 saziş və
25 illik strateji əməkdaşlığa dair razılığa gəlindi, sənədlər imzalandı.
Qarşıdan gələn 10 il ərzində isə iki ölkə arasında ticarət dövriyyəsinin 600
milyard dollara qədər çatdırılması nəzərdə tutulur. Bu rəqəm regionda iqtisadi
qüdrətin hansı ölkələrdə olmasının göstəricisi kimi də qiymətləndilə bilər.
İran
bu əməkdaşlıqdan nə qazanacaq?
İran
dünyanın 5-ci neft ölkəsi olmasına baxmayaraq, ixracatının 75%-i qeyri-neft
sektorunun payına düşür. Sözüz ki, İran Çinə neft məhsullarının ixracını daha
da artıracaq. Lakin bundan əlavə, dünyanın sənaye nəhəngi olan Çinə qeyr-neft
sektoruna daxil olan xammal, süd və süd məhsulları, balıq və dəniz məhsulları,
kənd təsərüfatı və bitkiçilik məhsullarını
ixrac etəyə imkan yaradacaq. Çindən isə sanksiyaların təsirindən köhnələn
sənaye dəzgahları, yeni texnaloji avadanlıqlar, metallurgiya avadanlıqları və
malları, inşaat materialları və texnologiyaları idxal edəcək.
Bundan
əlavə, İran öz hərbi sənayesini ikitərəfli əməkdaşlıq nəticəsində daha da
moderləşdirəcək. Dəniz donanmasında olan sualtı qayıqların istehsalı üçün hissə
və materialların alınması üçün əla fürsət yaranıb. Regionda körfəz ölkələri
arasında ən güclü donanmaya malik olan İran öz potensialını da hada artıracaq.
Hərbi təyyarələrin istehsalı və “Saeqeh-2” və bu tipli lahiyələri inkişaf etdirəcək.
Ballestik raket və uzaqmənzilli raketlərin modernləşdirlməsi işi daha da sürətlənəcək.
Qeyd edim ki, bu sahədə işlər illərdir ki, davam etdirilir.
Çinlə
İran əlaqələrinin inkişaf etməsi regionda ona qonşu olan ölkələrin inkişaf etməsinə
də xidmət edəcək . Burada İran Çindən
aldığı yükü Azərbaycan üzərindən tranzit olaraq Avropaya ötürülməsi istiqamətində Azərbaycana tranzit haqqı ödəməsi
kimi real gəlir sahələrini göstərmək olar. İranın iqtisadi inkişafı Azərbaycana sərmayələrin
yatırılmasına səbəb ola bilər. Bu əlaqələr
və Azərbaycanın bu inkişafdan bəhrələnməsi üçün ən mühüm məsələ ölkədə
monopliyanın ləğv edilməsi və gömürük işinin daha da şəffaflaşdırılmasından asılıdır.
Belə ki, azad biznesin inkişafı üçün adı çəkilən elementlərə diqqət etmək
prioritet məsələdir. Bütün bunların sistemli şəkildə şəffaf tənzimlənəcəyi təqdirdə
biz Asiya və şərqin nəhənglərinin əməkdaşlığından maksimum bəhrələnə bilərik.
Heç kəsə
sirr deyil ki, Rusiya istənilən sahədə həm Çin, həm də ki, İranla strateji əməkdaşlıq edir. Lakin Rusiya ilə İran arasında ola ticarət
dövriyyəsi o qədər də böyük deyil. Bu vəziyyəti dəyişmək üçün Rusiya və İran tərəfi
son illər mütəmadi görüşlər keçirir. Artıq
İranın süd və kənd təsərüfatı malları Rusiya bazarında satışa çıxarılıb. Yaxın
illərdə Rusiya ilə İran arasındakı ticarət dövriyəsinin ötən illərə nisbətən dəfələrlə
artması planlaşdırılır. Rusiya şirkətlərinin İrandan Atom Eleketrik
Stansiyalarının tikilməsi,
Su Elektrik
Stansiyalarının bərpa edilməsi və dəmir yolu xətlərinin elektrik sisteminin
quraşdırılmasında iştirakını gücləndirəcək . Bundan əlavə, maşınqayırma və
avtomobil sənayisində İran–Rusiya müştərək zavodlarının açılması nəzərdə
tutulur. Çinin bu sahələrdə texniki təchizat
və ehtiyat hissələri ilə bu şirkətləri təmin etməsi də lahiyələrə daxil edilə bilər. İran , Çin və
Rusiyanın siyasi və iqtisadi əməkdaşlığı Yaxın Şərq və asiya regionunda
stabilliyin təmin edilməsinə mühüm töhfə verəcək. Ərəb ölkələri isə istər-istəməz
baş verən inkişaf qarşısında adı çəkilən ölkələr ilə əməkdaşığa getməyə məcbur
qalacaqlar. Ancaq nefdən asılı olan bu ölkər inkişaf edən sənaye qarşısında
müqavimət göstərə bilməyəcəklər. Çin ərazisindən BƏƏ və digər ərəb ölkələrinə
gedən mal və yüklərin əksəriyyətinin gələcəkdə
İran ərazisindən keçəcəyi gözlənilən hadislərdəndir. İranın regionda inkişafı əhalinin
maddi rifahının yaxşılaşmasına və bunun bütün yaxın şərq ölkələrinə təsiri
olacağını düşünürəm. Stabil iqtisasiyyatı olan ölkənin
terrorçuluğun qarşısını ala bilmə imkanları daha da artacaq.
Sonda
Yaxın şərq regionunda sülhün, əmin-amanılığın və
terrorçuluğun sona çatmasını diləyirəm.
0 Şərh:
Şərh Yaz