Məqalə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Məqalə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

10/08/2016

Etiraz etməsək növbəti biz ola bilərik

Dünya yarandan bu günə kimi müharibələrdə milyonlarla insan qətlə yetirilib soyqırıma məruz qalıb.

Fironlar dövründən tutmuş imperialar dövrünə kimi insanlar zülmlə üzləşib. Lakin o zamanda buna etiraz edən qüvvələr olub. Xeyir hər zaman şərlə mübarizə aparıb. Lakin günümüzdə zülmə qarşı çıxanların sayı azalmaqda davam edir.


Bu gün Yəməndə baş verən qətliama göz yuman ölkələr sabah eyni qaydada bombardman edilməyəcəyinə zəmanət yoxdur. Bu gün Səudiyyə rejiminin Yəməndə mülki vətəndaşları qətl etməsinə göz yuman Birləşmiş Millətlər Təşkilatının sabah Qarabağda qətliam törədəcək ermənilərə göz yummayacağına zəmanət yoxdur. BMT özünün qondarma təşkilat olduğunu 70 ilə yaxındır ki, Fələstin məsələsini həll edə bilməməsi Qarabağa dair 4 qətnamənin icra edə bilməməsində sübut edib.

Beynəlxalq hüquq humanizm dəyərlər ancaq ABŞ və güclü qərb ölkələrinin istəyinə uyğun olanda işləyir. Fransada islomfob jurnal redaksiyasında işləyən 12 məlunun ölməsindən sonra bütün Qərb və bəzi "müsəlman" ölkə nümayəndə və rəhbərləri Parisdə toplaşdı.

Lakin Yəmən paytaxtı Sənada ötən gün yas mərasimi zamanı 700 nəfər vətəndaşın öldürlməsi və yaralanması vicdansız dünya üçün əhəmiyyətli deyil çünki qatillər birli bunu öz maraqlarına zidd bilir. Onlar üçün onlardan olmayan ikinci dərəcəli sayılır və ölümlərinin əhəmiyyəti yoxdur. Necə ki, ABŞ-ın daxilində qara dərililərin qiyməti yoxdur eləcədə Vyetnamlıların, Kambocalıların, Əfqanları, Serblərin, İraqlıların ölümlərinin əhəmiyyəti yoxdur.

Qatil rejimlər birliyi dünyanı qan içində boğub bunun qarşısını almaq istəyənləri ittiham edirlər. Bəli yaşadığımız dövr çox çətindir əslində Qərb hər zaman bu xislətdə olub Alman faşistləri Polşanı işğal edəndə Avstriyaya daxil olanda da Qərb buna göz yumurdu. Lakin biz Qərbli deyilik Şərqliyik ona görə bu zülmə göz yuma bilmərik çünki növbəti biz ola bilərik. 

8/21/2016

Türkiyədə terrorun səbəbi Suriya və İraqdakı hazırkı vəziyyətdir

Türkiyədə baş verən terror aktlarının səbəblərindən biri Türkiyə hökumətinin daxilində olan kürd məsələsini həll etmək üçün İŞİD və "Nusra Cəbhəsi" terrorçularına etibar etməsidir. İndi ola bilər İŞİD-lə münasibətləri pozulub, lakin ABŞ-ın maliyyələşdirməsilə terrorçulara silahları göndərən məhz bu hökumət idi. Bu barədə təkzib olunmaz dəlillər Türkiyə mətbuatında dəfələrlə dərc edilmişdir. Hazırda Türkiyədə MİT, yəni Dövlət Təhlükəsizlik Xidməti fəaliyyəti sıfıra bərabərdir. Buna ən böyük sübut kimi 15 iyulda Türkiyədə çevrilişə cəhdi göstərmək olar. O zaman Rəcəb Tayyib Ərdoğan çevriliş cəhdini MİT-dən deyil, yeznəsindən öyrənmişdi.

Hazırda Türkiyə iqtidarı Suriyanın bölünməyinə icazə verməyəcəklərini deyir, lakin Suriya hökuməti və dövlətçiliyinin zəifləməsinə məhz özləri səbəb oldu. Bundan istifadə edən separatçı kürdlər ABŞ və Qərbin dəstəyilə Suriyanın şimalında yeni əraziləri işğal edib, Kürdüstan qurmaq istəyir .Türkiyənin "müttəfiqi" olan ABŞ kürdləri silahlandırır və Suriyada yeni dövlət qurmağa cəhd edir. Bu sizə lazım idi? Türkiyədə kürd məsələsini həll etmədən regional güc olmaq istəyi Türkiyəni bu vəziyyətə saldı. Çıxış yolu isə regionda terrorçuları qidalandırmağa son qoymaq və Suriya dövlətinin güclənməsidir.

Regionda stabillik yaranması üçün yol mütləq Suriya və İraqda terroçuların kökü kəsmək və terrorçuluğa son qoymaqdan keçir. Buna nail olmaq üçün ən əsas Türkiyə-Suriya sərhədinin bağlanması və terrorçuların nəqliyyat və təchizat yollarının kəsilməsi və Türkiyənin əvvəlki siyasətindən əl çəkməsi lazımdır. Ümid edək ki, avqust ayının 9-da Rusiyanın şimal paytaxtı Sankt-Peteburqda Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşünün nəticəsi olaraq bu məsələ praktiki şəkildə icra edilməyə başlayar.

Fikrimcə, Türkiyədə baş verən son terror aktları Türkiyə-Rusiya-İranın regional yaxınlaşmasından narahat olan ABŞ-ın əli olduğuna işarə edir. 15 iyul çevrilişə cəhddən sonra istəyinə nail ola bilməyən ABŞ Suriyanın Hasəkə vilayətindəki kürdlərə aktivləşməyi, Türkiyədə isə terror törətmək təlimatları verib. Sonda qeyd edım ki, Türkiyə-Rusiya-İran yaxınlaşması və güclənməsi regionun stabilliyinə böyük töhfə verə bilər. Ümid edək ki, bu yaxınlaşma bundan sonar da davam edəcək və region terror və müharibələrdən qurtulacaq.

1/24/2016

Dünyanı iqtisadi nəhəngi Çin İranla əmkdaşlığa başladı

Yanvar ayının 16-da sanksiyalardan azad olan İran regionda öz iqtisadi potensialını  yeniləmək üçün yaxşı fürsət əldə etmiş oldu. Dünyanın  bir çox sənaye nəhəngi  İran bazarında yerini tutmaq üçün bu ölkəyə müxtəlif nümayəndə heyətləri ilə səfər etməyə başladı. İqtisadi əlaqələrin bərpa olunması və yeni 80 milyon əhalisi olan bazarda özünün iştirakını təmin etmək tam məntiqli və iqtisadi baxımdan əsaslıdır. Düşünürəm ki, bütün bu ölkələr arasında ən böyük maraq Çin- İran münasibətlərinə cəlb edilməlidir. Çin rəhbəri Şi Cinpinqinin 14 ildən sonra  İrana səfər  etməsi sanksiyalardan azad olunan İranla yeni üfüqlərin açılmasından xəbər verdi. Belə də oldu. Danışıqlar zamanı 17 saziş və 25 illik strateji əməkdaşlığa dair razılığa gəlindi, sənədlər imzalandı. Qarşıdan gələn 10 il ərzində isə iki ölkə arasında ticarət dövriyyəsinin 600 milyard dollara qədər çatdırılması nəzərdə tutulur. Bu rəqəm regionda iqtisadi qüdrətin hansı ölkələrdə olmasının göstəricisi kimi də qiymətləndilə bilər. 

İran bu əməkdaşlıqdan nə qazanacaq?
İran dünyanın 5-ci neft ölkəsi olmasına baxmayaraq, ixracatının 75%-i qeyri-neft sektorunun payına düşür. Sözüz ki, İran Çinə neft məhsullarının ixracını daha da artıracaq. Lakin bundan əlavə, dünyanın sənaye nəhəngi olan Çinə qeyr-neft sektoruna daxil olan xammal, süd və süd məhsulları, balıq və dəniz məhsulları, kənd təsərüfatı və bitkiçilik məhsullarını  ixrac etəyə imkan yaradacaq. Çindən isə sanksiyaların təsirindən köhnələn sənaye dəzgahları, yeni texnaloji avadanlıqlar, metallurgiya avadanlıqları və malları, inşaat materialları və texnologiyaları idxal edəcək.
Bundan əlavə, İran öz hərbi sənayesini ikitərəfli əməkdaşlıq nəticəsində daha da moderləşdirəcək. Dəniz donanmasında olan sualtı qayıqların istehsalı üçün hissə və materialların alınması üçün əla fürsət yaranıb. Regionda körfəz ölkələri arasında ən güclü donanmaya malik olan İran öz potensialını da hada artıracaq. Hərbi təyyarələrin istehsalı və “Saeqeh-2” və bu tipli lahiyələri inkişaf etdirəcək. Ballestik raket və uzaqmənzilli raketlərin modernləşdirlməsi işi daha da sürətlənəcək. Qeyd edim ki, bu sahədə işlər illərdir ki, davam etdirilir.
Çinlə İran əlaqələrinin inkişaf etməsi regionda ona qonşu olan ölkələrin inkişaf etməsinə də xidmət edəcək . Burada  İran Çindən aldığı yükü Azərbaycan üzərindən tranzit olaraq Avropaya ötürülməsi  istiqamətində Azərbaycana tranzit haqqı ödəməsi kimi real gəlir sahələrini göstərmək olar. İranın  iqtisadi inkişafı Azərbaycana sərmayələrin yatırılmasına səbəb ola bilər.  Bu əlaqələr və Azərbaycanın bu inkişafdan bəhrələnməsi üçün ən mühüm məsələ ölkədə monopliyanın ləğv edilməsi və gömürük işinin daha da şəffaflaşdırılmasından asılıdır. Belə ki, azad biznesin inkişafı üçün adı çəkilən elementlərə diqqət etmək prioritet məsələdir. Bütün bunların sistemli şəkildə şəffaf tənzimlənəcəyi təqdirdə biz Asiya və şərqin nəhənglərinin əməkdaşlığından maksimum bəhrələnə bilərik.
İran və Çin əmkdaşlığının Rusiyaya təsiri
Heç kəsə sirr deyil ki, Rusiya istənilən sahədə həm Çin, həm də ki, İranla strateji əməkdaşlıq edir.  Lakin Rusiya ilə İran arasında ola ticarət dövriyyəsi o qədər də böyük deyil. Bu vəziyyəti dəyişmək üçün Rusiya və İran tərəfi son illər mütəmadi görüşlər keçirir. Artıq İranın süd və kənd təsərüfatı malları Rusiya bazarında satışa çıxarılıb. Yaxın illərdə Rusiya ilə İran arasındakı ticarət dövriyəsinin ötən illərə nisbətən dəfələrlə artması planlaşdırılır. Rusiya şirkətlərinin İrandan Atom Eleketrik Stansiyalarının tikilməsi, Su Elektrik Stansiyalarının bərpa edilməsi və dəmir yolu xətlərinin elektrik sisteminin quraşdırılmasında iştirakını gücləndirəcək . Bundan əlavə, maşınqayırma və avtomobil sənayisində İran–Rusiya müştərək zavodlarının açılması nəzərdə tutulur.  Çinin bu sahələrdə texniki təchizat və ehtiyat hissələri ilə bu şirkətləri təmin etməsi  də lahiyələrə daxil edilə bilər. İran , Çin və Rusiyanın siyasi və iqtisadi əməkdaşlığı Yaxın Şərq və asiya regionunda stabilliyin təmin edilməsinə mühüm töhfə verəcək. Ərəb ölkələri isə istər-istəməz baş verən inkişaf qarşısında adı çəkilən ölkələr ilə əməkdaşığa getməyə məcbur qalacaqlar. Ancaq nefdən asılı olan bu ölkər inkişaf edən sənaye qarşısında müqavimət  göstərə bilməyəcəklər.  Çin ərazisindən BƏƏ və digər ərəb ölkələrinə gedən mal və yüklərin  əksəriyyətinin gələcəkdə İran ərazisindən keçəcəyi gözlənilən hadislərdəndir. İranın regionda inkişafı əhalinin maddi rifahının yaxşılaşmasına və bunun bütün yaxın şərq ölkələrinə təsiri olacağını düşünürəm. Stabil iqtisasiyyatı olan ölkənin terrorçuluğun qarşısını ala bilmə imkanları daha da artacaq.

Sonda Yaxın şərq regionunda sülhün, əmin-amanılığın və terrorçuluğun sona çatmasını diləyirəm.

1/21/2016

Саудовская Аравия и ее некоторые заветные страны хотят восстановить снимаемые шестеркой санкции в отношении Ирана посредством арабской коалицией

Саудовская Аравия во главе арабской коалиции, в том числе и страны залива намерены применить санкции в отношении Ирана. Таким образом, эти страны задумались о замене санкций, наложенных США и странами шестерки. Насколько известно, 14 июля прошлого года Иран и страны шестерки достигли соглашения по ядерному вопросу. США в свою очередь показали себя достаточно либеральными в вопросе снятия санкций.
Европа на данный момент готовится к снятию санкций с Ирана. Как говорится, это вопрос решится сегодня-завтра. Саудовская Аравия и ее некоторые заветные (взлелеянные) страны хотят восстановить снимаемые шестеркой санкции в отношении Ирана посредством арабской коалицией. Уровень влияния подобных санкций можно объяснить на одном примере.
Начнем.  Объем торгового оборота Германии составляет 2,5 триллиона евро, что выводит страну в мировой экономике на четвертое место. 20% всего ВВП Европы приходится именно на Германию. Экспорт страны составляет более 900 млрд евро. Страны, наподобие Германии со сходными экономическими показателями, многие годы держали Тегераном под санкциями, однако в конце они поменяли мнение и решили восстановить экономические связи с Ираном.
Мы вернемся к этой теме вновь.
Теперь обратимся к Саудовской Арии. Основной экспортный продукт Саудовской Аравии, то есть нефть и нефтепродукты, составляют 95% экономики страны. Объем ВВП Саудовской Аравии в 2015 году составил примерно 800 млрд. долларов. Падение цены за баррель нефти в три раза довела дефицит бюджета страны до 100 млрд долларов США, что составляет 15% ВВП Саудовской Аравии. По прогнозам специалистов, в 2016 году дефицит бюджета страны составит 60% ВВП. Это приведет к определенным трудностям в Саудовской Аравии, которые привыкла сорить деньгами.
С учетом всего вышесказанного выявляется момент, что ничего Саудовская Аравии со своими друзьями в контексте наложения санкций на Иран не добьется.
Давайте к экономическим показателям Германии прибавим показателям ряда других европейских государств - Франции, Италии, Великобритании, Испании. В случае начала экономического сотрудничества этих стран - а они уже выразили свое желание наладить связи - уровень экспорт-импорта Ирана однозначно вырастет. Добавим в этот список Китай, Индию, Малайзию, Индонезию, Австралию. В подобном случае попытки Саудовской Аравии наложить санкции на Иран вводит саму страну в блокаду и лишает ее гегемонии в регионе.
Необходимо отметить, что Иран долгие годы привык жить в условиях санкции при цене 30-40 долларов США за баррель нефти и не изменит свою позицию в вопросе долгосрочного ценового противостояния. Надо также подчеркнуть, что после снятия санкций Иран будет импортировать на мировой рынок около 400-700 млн. баррелей в день. Эти цифры и экономические показатели доказывают, что саудовская авантюра против Ирана принесет самой Саудии больше вреда, чем пользы.
Незаконченная война в Йемене и начало поставок нефти из резервуаров США не позволит Саудовской Аравии как-то повлиять на цену на нефть и на ситуацию в регионе в целом. А Ирак, как говорится, уже начал свой нефтяной бум и открыл ворота для прихода капитала. Уже состоялась первая транзакция в Европе.

Фаиг Расулзаде

1/12/2016

Səudiyyə və koalsiyasının İrana qarşı sanksiyası uğurlu olacaqmı?


Ərəb ölkələri başda Səudiyyə Ərəbistanı olmaqla həmçinin körfəz ölkələri İrana qarşı sanksiya tətbiq etmək istəyir. Bununla da ABŞ və altılıq ölkələrin tətbiq etdiyi sanksiyalarını əvəz etəmk fikrinə düşüblər. Bildiyiniz kimi bu ötən ilin iyul ayının 14 də İran və altılqı ölkələri arasında nüvə məsələsində tarixi razılaşma əldə edilib. ABŞ  da öz növbəsində snaksya məsələsində liberal olduğunu göstərib.   Avropa artıq İrandan sanksyaların götürülməsinə hazırlaşır. Necə deyərlər bu gün sabah məsələsidir. İndi maraqlıdır Səudiyyə Ərəbistanı və onun bəslədiyi bəzi ölkələr altılıq ölkələrin götürəcəkləri sanksyaları ərəb koalisiyası ilə bərpa etmək istəyirlər. Bu İrana nə dərəcədə təsir edəcəyi isə adi bir hesablama ilə oxuculara izah etmək olar. Başlayaq Almaniyadan  almaniyanın ticarət dövriyyəsinin həcmi  təqribən 2,5 trilyon avrodur bu da dünya iqtisadiyyatının 4-cü ölkəsidir. Avropa İttifaqının isə 20% ümumi daxili məhsulu bu ölkədə istehsal edilir. Almaniyanın ixracatı isə 900 milyard avro həcmindədir. Bu iqtisadi göstəricilərə malik olan dövlətlər illərlə İrana sanksiya tətbiq edib lakin sonunda bu fikirlərindən daşındılar və bu ölkə ilə iqtisadi siyasi əlaqələri bərpa etməyə çalışırlar. Bu mövzuya yenidən qayıdarıq. Gələk Səudiyyə Ərəbistanı iqtisadiyyatına  ölkənin əsas ixrac məhsulu yəni 95% neft və neft məhsulları təşkil edir. Səudiyyə Ərəbistanın ümumi daxil məhsulun həcmi 2015-ci ildə təqribən 800 milyard dollara yaxın olub. Neft qiymətlərinin 3 dəfədən artıq qiymtənin düşməsi bu ölkənin büdcəsindəki kəsir ni 100 milyard ABŞ dollarına yaxın edib bu da ölkənin ÜDM-nin 15%-ni təşkil edir. 2016-ci ildə sə Səudiyyə Ərəbistaının büdcə kəsiri  ÜDM-un 60%-ni təşkil edəcək.  Bu da israfla yaşamğa alışan Səudiyyə Ərəbistanı üçün çox çətin olacaq.

 Bütün bunları nəzərə alara Səudiyyə Ərəbistanı və dostlarının İrana qarşı sanksiya tətbiqi heçdə uğurlu alınmayacağı aşkar olunur. Gələk yenidən Avropaya iqtisadi göstəricilərini verdiyimiz Almaniyanın sırasına Fransa, İtaliya, Britaniya, İspaniyanı əlavə edək və İranla iqtisadi əməkdaşlığa başlayacağı təqdirdə İranın ixrac –idxal dövriyyəsinin artması qaçılmaz olacaq. Əlavə olara bura Çin, Hindisdan, Malaziya, İndoneziya, Avstraliyanıda əlavə etsək görərik ki, Səudiyyə Ərəbistanı sanksiya ilə yalnız özünü blokadaya salaraq bölgədə hegemonluq yox təcrid vəziyyətə düşəcək. Nəzərə alsaq ki, İran uzun illər sanksiyalar vəziyyətində neft qiymətinin barelinin 30-40$ səviyyəsində yaşamağa vərdiş edib və Səudiyyə ilə uzun müddətli qiymət qarşıdurmasında öz mövqeyini dəyişməyəcək. Nəzərə alaq ki, sanksyalar aradan qaldırıldıqdan sonra İran dünya bazarına sutkalıq 400-700 mln barel neft ixrac edəcək. Bütün bu rəqəmlər və iqtisadi göstəricilər bir daha  nümaiş etdirir ki, Səudiyyənin İrana qarşı avntyurası bu ölkəyə baha başa gələcək. Yəməndə bitməmiş müharibə və ABŞ-ın öz neft rezervlərini dünya bazarına çıxarması Səudiyyə Ərəbistanın nə neft qiymətinə nə də ki, regionda öz təsirini qoymağa imkan verməyəcək. İran isə necə deyərlər özünü neft bumuna və kapital  daxil olamalarına artıq başlayıb. Avropada ilk bir başa tranzaksiyasında alıb. Dünya bazrında iqtisadiyyatın və sülhün olması ümüdi ilə bu qədər.
Faiq Rəsulzadə.

12/16/2015

Türkiyə hakimiyyətinin strateji səhvi

Sonda narazı olan xalq Ərdoğan rejiminin getməsinə səbəb olacaq 


Bildiyiniz kimi bir neçə gün idi ki, Suriya ərazisində Türkmən dağı ərazisində şovinistlər Türkmanların Rusiya Hərbi Kosmik Qüvvələri təyyarələri tərəfində bombardmana məruz qalaraq öldürüldükləri şaiələri yayılmışdır. Bu xəbərlər fonunda ötən gün RHKQ-nə məxsus SU-24 təyyarəsi Türkiyəyə məxsus F-16 qırıcısı tərəfindən vuruldu. Türkiyə hakimiyyətinin səhvi nə idi?
 1.Türkiyə Rusiya ilə müharibə şəraitində deyil və hətta  onun hava məkanına digər ölkənin təyyarəsi daxil olsa belə onu vurmaq zərurəti yoxdur.
 2. Suriya ərazisində türkmanlar avia zərbələr nəticəsində 2012-2013 cü ildən sərhəd ərazilərdə öz yaşayış yerlərini tərk ediblər. Fərz edək ki, orada mülki əhali var. Nə üçün Türkiyə miyonlarla Suriyalı qaçqına ərazisində sığınacaq verdiyi halda sərhəd və qonşuluqda yaşayan Turkmanların təxliyyə edilməsi üçün bu 5 il ərzində və xüsusilə son aylar heç bir iş görməyib? Ən ümdəsi  bu təxliyyə üçün “Rusiyaya bomardmanları dayandır! Orada yaşayan mülki vətəndaşları təxliyyə edirəm!” - deyə müraciət etmədi. Halbuki bu müraciət rəsmi şəkildə Rusiya tərəfinə edilsəydi, müharibə bitəndən sonra təxliyyə edilən əhalini yenidən geri qaytarmaq üçün hüquqi bir sənəd olardı və heç bir türkman terrorçularla mübarizə aparan Rusiaya və Suriya ordusunun ola biləcəyi təhlükəsindən aman da qalardı.
3. Türkiyənin Rusiyaya məxsus təyyarəni vurduqdan sonra dərhal NATO-ya müraciət etməsi onu göstərir ki, Türkiyənin tək başına bu addımı ata biləcək gücü yoxdur. Bu hərəkət özlüyündə böyük sübutdür və bu ölkənin zəif olmasının göstəricisidir.  
4. Bu addım Türkiyə ilə Rusiya arasında milyardlarla ticarət dövriyyəsinə, ən başlıcası isə kənd təsərüfatı və turizmə mənfi təsir edəcək. Bu da Türkiyənin sadə vətəndaşlarının gündəlik həyatında kəskin hiss olunacaq.
5-ci səhv isə Türkiyənin özü İraq və Yunanıstan hava sahələrini dəfələrlə pozduğu halda digər ölkələrə nöqsan tutmasıdır. (Rusiya tərəfi ötən gün bəyan etdi və dəlillər ortaya qoydu ki, Türkiyə hava sahəsi pozulmayıb).
Sonda qeyd edim ki, Ərdoğan hökumətinin terrorçuları dəstəkləməsi və buna dair sübutlar Türkiyə mediasında və dünya mediasında dəfələrlə səsləndirlib.  Fikrimcə Türkiyə əhalisi özü də hakimiyyətin bu əssasız addımı atmasını qınayacaq. Emosional hisslərə qapılıb digər ölkənin təyyarəsinin heç bir əsas olmadan vurulması yalnız və yalnız sadə Türkiyə vətəndaşlarının zərərinədir. Çünki minlərlə Türkiyə vətəndaşı  ticarət, türizm və digər sahələrdə Rusiya ərazisində çalışır və müştərək şirkətləri mövcuddur. Rusiya ilə əlaqələrin pisləşməsi Türk vətəndaşlarına və daha sonra Ərdoğan rejiminə mənfi  təsir edəcək. Və narazı olan xalq Ərdoğan rejiminin getməsinə səbəbSonda narazı olan xalq Ərdoğan rejiminin getməsinə səbəb olacaq - See more at: http://islamazeri.az/yazaryazi/turkiye-hakimiyyetinin-strateji-sehvi--36311.html#sthash.TU50PA0T.dpufc c Sonda narazı olan xalq Ərdoğan rejiminin getməsinə səbəb olacaq - See more at: http://islamazeri.az/yazaryazi/turkiye-hakimiyyetinin-strateji-sehvi--36311.html#sthash.TU50PA0T.dpufSonda narazı olan xalq Ərdoğan rejiminin getməsinə səbəb olacaq - See more at: http://islamazeri.az/yazaryazi/turkiye-hakimiyyetinin-strateji-sehvi--36311.html#sthash.TU50PA0T.dpuf

11/04/2015

Vəhhabi krallığı başını itirib

Bildiyiniz kimi, son aylar Səudiyyədə baş verən kütləvi ölüm halları və idarəetmədə naşılıq ucbatından bu rejimin ərazisində minlərlə insan dünyasını dəyişib.  Bu hələ Səudiyyə rejiminin daxilində törətdiyi cinayətlərdir. Bu siyahıya rejimin Suriya , İraq və ən mühümü isə Yəmən ərazisində törətdiyi qətliamları da daxil etmək olar. Hələ rəsmi olaraq Yəmən ərazisində 6000 mindən çox mülki vətəndaş qətlə yetirilib, milyonlarla insan aclıq və didərginliyə düçar edilib. Buna baxmayaraq, Səudiyyə və müttəfiqləri 200 gündən artıqdır ki, Yəməndə öz məqsədlərinə nail ola bilməyiblər. Əksinə,  Cizan, Nəcran və Əsir vilayətlərində nəzarəti demək olar ki, itiriblər. “Ənsarullah”  və Yəmən ordusu  blokadaya baxmayaraq, uğurlu əməliyyatları davam etdirir.  Yəmən xalqının qondarma rəhbər istəmədiyinə və müstəqil iradəsini bəyan etdiyinə dözə bilməyən Səudiyyə rejimi Yəmən inqilabını hər vəchlə İranla əlaqələndirir. Lakin indiyə kimi bu haqda heç bir sənəd və dəlil ortaya qoyulmayıb. Bütün bu məğlubiyyətlərin fonunda Səudiyyə öz acığını yuxarıda qeyd etdiyim formada kütləvi olaraq Əhli-beyt (ə) ardıcıllarını qətlə yetirməklə çıxmağa çalışır. Buna, Səudiyyənin Əvamiyyə bölgəsindəki məscidlərdə  ardıcıl olaraq terror aktlarının törədilməsi,  Həcc mərasimində yüzlərlə iranlı zəvvarların naməlum şəraitdə ölüməsini misal çəkmək olar. Bütün bu ölümlərin əsas hədəfi isə təbii ki, Səudiyyə-sionist birliyinin marağının əleyhinə olan Əhli-beyt ardıcıllarıdır. Özlərini iki müqəddəs hərəmin sahib və qoruyucusu adlandıran Səudiyyə kralığı  atdığı addımların uğursuzluğundan və Yəməndə və Suriyadakı planlarının fiaskoya uğramasınıdan qorxuya düşərək  Fars Körfəzi Əməkdaşlıq Təşkilatı ilə birlikdə sionist İsrail rejimindən “Dəmir Qübbə” raket hücumundan müdafiə sistemi və "Xeç-1", "Xeç-2" raketləri almaq barədə danışıqlara gedib. Səudiyyə rejiminin başını itirməsi Adil əl-Cubeyrin çıxışında bir daha  özünü biruzə verdi. Belə ki, səudiyyəli nazir bəyan etdi ki, Suriya və Yəmən məsələsi bizim üçün Fələstindən daha önəmlidir. Təbii ki, sionist rejimlə dostluq bunu tələb edir. Çünki ABŞ və İsrail rejimindən asılı olmaq istəməyən və onlara boyun əyməyən Yəmən və Suriya Səudiyyə rejimini narahat edir. Lakin artıq gecdir. Yuxarıda qeyd etdiyim kimi Səudiyyənin də yaxın müttəfiqi ABŞ kimi bu ölkələrdəki siyasəti fiaskoya uğrayıb. Sonda qeyd edim ki, Kral Salmanın alzheimer xəstəsi olması və onun əvəzinə şahzadə Məhəmməd ibn Salmannın krallığı idarə etməsi Səudiyyə rejiminin hələ çox səhvlər buraxacağından xəbər verir. 

Səhifələr

Ən Son Şərq Xəbərlərinin Ünvanı

Arxiv

Kateqoriyalar

Saat

Tərcümə

Məzənnə

Price