Türkiyə hakimiyyətinin strateji səhvi
Sonda
narazı olan xalq Ərdoğan rejiminin getməsinə səbəb olacaq
Bildiyiniz kimi
bir neçə gün idi ki, Suriya ərazisində Türkmən dağı ərazisində şovinistlər
Türkmanların Rusiya Hərbi Kosmik Qüvvələri təyyarələri tərəfində bombardmana
məruz qalaraq öldürüldükləri şaiələri yayılmışdır. Bu xəbərlər fonunda ötən gün
RHKQ-nə məxsus SU-24 təyyarəsi Türkiyəyə məxsus F-16 qırıcısı tərəfindən
vuruldu. Türkiyə hakimiyyətinin səhvi nə idi?
1.Türkiyə
Rusiya ilə müharibə şəraitində deyil və hətta onun hava məkanına digər
ölkənin təyyarəsi daxil olsa belə onu vurmaq zərurəti yoxdur.
2.
Suriya ərazisində türkmanlar avia zərbələr nəticəsində 2012-2013 cü ildən
sərhəd ərazilərdə öz yaşayış yerlərini tərk ediblər. Fərz edək ki, orada mülki
əhali var. Nə üçün Türkiyə miyonlarla Suriyalı qaçqına ərazisində sığınacaq
verdiyi halda sərhəd və qonşuluqda yaşayan Turkmanların təxliyyə edilməsi üçün
bu 5 il ərzində və xüsusilə son aylar heç bir iş görməyib? Ən ümdəsi bu
təxliyyə üçün “Rusiyaya bomardmanları dayandır! Orada yaşayan mülki
vətəndaşları təxliyyə edirəm!” - deyə müraciət etmədi. Halbuki bu müraciət
rəsmi şəkildə Rusiya tərəfinə edilsəydi, müharibə bitəndən sonra təxliyyə
edilən əhalini yenidən geri qaytarmaq üçün hüquqi bir sənəd olardı və heç bir
türkman terrorçularla mübarizə aparan Rusiaya və Suriya ordusunun ola biləcəyi
təhlükəsindən aman da qalardı.
3.
Türkiyənin Rusiyaya məxsus təyyarəni vurduqdan sonra dərhal NATO-ya müraciət
etməsi onu göstərir ki, Türkiyənin tək başına bu addımı ata biləcək gücü
yoxdur. Bu hərəkət özlüyündə böyük sübutdür və bu ölkənin zəif olmasının
göstəricisidir.
4. Bu addım
Türkiyə ilə Rusiya arasında milyardlarla ticarət dövriyyəsinə, ən başlıcası isə
kənd təsərüfatı və turizmə mənfi təsir edəcək. Bu da Türkiyənin sadə
vətəndaşlarının gündəlik həyatında kəskin hiss olunacaq.
5-ci səhv
isə Türkiyənin özü İraq və Yunanıstan hava sahələrini dəfələrlə pozduğu halda
digər ölkələrə nöqsan tutmasıdır. (Rusiya tərəfi ötən gün bəyan etdi və
dəlillər ortaya qoydu ki, Türkiyə hava sahəsi pozulmayıb).
Sonda qeyd edim ki, Ərdoğan hökumətinin
terrorçuları dəstəkləməsi və buna dair sübutlar Türkiyə mediasında və dünya
mediasında dəfələrlə səsləndirlib. Fikrimcə Türkiyə əhalisi özü də
hakimiyyətin bu əssasız addımı atmasını qınayacaq. Emosional hisslərə qapılıb
digər ölkənin təyyarəsinin heç bir əsas olmadan vurulması yalnız və yalnız sadə
Türkiyə vətəndaşlarının zərərinədir. Çünki minlərlə Türkiyə vətəndaşı
ticarət, türizm və digər sahələrdə Rusiya ərazisində çalışır və müştərək
şirkətləri mövcuddur. Rusiya ilə əlaqələrin pisləşməsi Türk vətəndaşlarına və
daha sonra Ərdoğan rejiminə mənfi təsir edəcək. Və narazı olan xalq
Ərdoğan rejiminin getməsinə səbəbSonda
narazı olan xalq Ərdoğan rejiminin getməsinə səbəb olacaq - See more
at:
http://islamazeri.az/yazaryazi/turkiye-hakimiyyetinin-strateji-sehvi--36311.html#sthash.TU50PA0T.dpufc c Sonda
narazı olan xalq Ərdoğan rejiminin getməsinə səbəb olacaq - See more
at:
http://islamazeri.az/yazaryazi/turkiye-hakimiyyetinin-strateji-sehvi--36311.html#sthash.TU50PA0T.dpufSonda
narazı olan xalq Ərdoğan rejiminin getməsinə səbəb olacaq - See more
at:
http://islamazeri.az/yazaryazi/turkiye-hakimiyyetinin-strateji-sehvi--36311.html#sthash.TU50PA0T.dpuf