Vəhhabi krallığı başını itirib
Bildiyiniz
kimi, son aylar Səudiyyədə baş verən kütləvi ölüm halları və idarəetmədə
naşılıq ucbatından bu rejimin ərazisində minlərlə insan dünyasını dəyişib.
Bu hələ Səudiyyə rejiminin daxilində törətdiyi cinayətlərdir. Bu siyahıya
rejimin Suriya , İraq və ən mühümü isə Yəmən ərazisində törətdiyi qətliamları
da daxil etmək olar. Hələ rəsmi olaraq Yəmən ərazisində 6000 mindən çox mülki vətəndaş
qətlə yetirilib, milyonlarla insan aclıq və didərginliyə düçar edilib. Buna
baxmayaraq, Səudiyyə və müttəfiqləri 200 gündən artıqdır ki, Yəməndə öz məqsədlərinə
nail ola bilməyiblər. Əksinə, Cizan, Nəcran və Əsir vilayətlərində nəzarəti
demək olar ki, itiriblər. “Ənsarullah” və Yəmən ordusu blokadaya
baxmayaraq, uğurlu əməliyyatları davam etdirir. Yəmən xalqının qondarma rəhbər
istəmədiyinə və müstəqil iradəsini bəyan etdiyinə dözə bilməyən Səudiyyə rejimi
Yəmən inqilabını hər vəchlə İranla əlaqələndirir. Lakin indiyə kimi bu haqda
heç bir sənəd və dəlil ortaya qoyulmayıb. Bütün bu məğlubiyyətlərin fonunda Səudiyyə
öz acığını yuxarıda qeyd etdiyim formada kütləvi olaraq Əhli-beyt (ə)
ardıcıllarını qətlə yetirməklə çıxmağa çalışır. Buna, Səudiyyənin Əvamiyyə bölgəsindəki
məscidlərdə ardıcıl olaraq terror aktlarının törədilməsi, Həcc mərasimində
yüzlərlə iranlı zəvvarların naməlum şəraitdə ölüməsini misal çəkmək olar. Bütün
bu ölümlərin əsas hədəfi isə təbii ki, Səudiyyə-sionist birliyinin marağının əleyhinə
olan Əhli-beyt ardıcıllarıdır. Özlərini iki müqəddəs hərəmin sahib və
qoruyucusu adlandıran Səudiyyə kralığı atdığı addımların uğursuzluğundan
və Yəməndə və Suriyadakı planlarının fiaskoya uğramasınıdan qorxuya düşərək
Fars Körfəzi Əməkdaşlıq Təşkilatı ilə birlikdə sionist İsrail rejimindən “Dəmir
Qübbə” raket hücumundan müdafiə sistemi və "Xeç-1", "Xeç-2"
raketləri almaq barədə danışıqlara gedib. Səudiyyə rejiminin başını itirməsi
Adil əl-Cubeyrin çıxışında bir daha özünü biruzə verdi. Belə ki, səudiyyəli
nazir bəyan etdi ki, Suriya və Yəmən məsələsi bizim üçün Fələstindən daha önəmlidir.
Təbii ki, sionist rejimlə dostluq bunu tələb edir. Çünki ABŞ və İsrail rejimindən
asılı olmaq istəməyən və onlara boyun əyməyən Yəmən və Suriya Səudiyyə rejimini
narahat edir. Lakin artıq gecdir. Yuxarıda qeyd etdiyim kimi Səudiyyənin də
yaxın müttəfiqi ABŞ kimi bu ölkələrdəki siyasəti fiaskoya uğrayıb. Sonda qeyd
edim ki, Kral Salmanın alzheimer xəstəsi olması və onun əvəzinə şahzadə Məhəmməd
ibn Salmannın krallığı idarə etməsi Səudiyyə rejiminin hələ çox səhvlər
buraxacağından xəbər verir.
0 Şərh:
Şərh Yaz