ABŞ-ın növbəti İŞİD gedişi - Tacikistan
Yaxın Şərqdə geniş vüsət
alan terror dalğası və İŞİD-in 2006-cı ildən bu yana fəaliyyəti terror təşkilatının
güclənməsinə və peşəkar terrorçular yetişdirməsinə səbəb oldu. Müxtəlif ölkələrin
kəşfiyyatları tərəfindən İŞİD-i ABŞ-ın yaratdığını və istədiyi zaman istədiyi
yerdə islam dini adından fitnə və xaos yaratmaq üçün bilavasitə öz aləti kimi
istifadə etdiyi barədə yetərincə məlumatlar dərc edilib. Yaxın şərqdə ABŞ-ın
planlarının ürəklərincə olmadığı və bölgədə faktiki olaraq uduzduğu barədə ötən
yazımda məlumat vermişdim. Lakin ABŞ-ın bunun əvəzini çıxmaq məqsədilə nələr edə
biləcəyi barədə bir neçə cümlə yazmaq istəyirəm... Bildiyiniz kimi on ildən
artıqdır ki, Əfqanıstanda anti-terror əməliyyatı ilə məşğul olan və NATO-nu da
bu işə cəlb edən ABŞ-ın əslində qlobal marağı Çin və Rusiya sərhədlərinə
yaxın yerdə daim öz hərbi qüvvələrini və yerli dəstələri idarə edən gizli kəşfiyyatını
saxlamaq olub. Bu səbəblə də son günlər Əfqanıstanın şimalında yerləşən Qunduz
vilayətində "Taliban"ın aktivləşməsi və şəhər mərkəzini nəzarətə
alması diqqətdən yayınmadı. Daha sonra Əfqanıstan ordusu ilə "qəhrəman"
ABŞ əsgərlərinin adı çəkilən ərazini təmizləməsi bölgədə vəziyyətin dəyişməsindən
xəbər verirdi. Bu hadisələrdə ABŞ-ın barmağının olmamasını göstərmək məqsədilə
ABŞ "bilmədən" orada yerləşən xəstəxanaya avizərbə endirir və 20 nəfərdən
artıq mülki vətəndaş dünyasını dəyişir. Bu da beynəlxalq ictimaiyyətin tənqidinə
səbəb olur. Daha sonra isə Pentaqon bu hadisəyə görə üzr istəyir. Sonuncu üzr
istəmə də daxil olmaqla, bütün bu olaylar ABŞ-ın Əfqanıstanın şimalında,
Rusiyanın şərq sərhədboyu ərazilərində, Çinin Sincan-Uyğur vilayətinin
yaxınlığında İŞİD terrorçuları üçün yeni qanlı paliqon ərsəyə gətirmək üçün
fikir yayındırmaqdan başqa bir şey deyil. Əfqanıstan və Rusiya mənbələrinin məlumatına
əsasən, hazırda Əfqanıstanın şimalında, Tacikistan sərhədində 3500-dən artıq
İŞİD terrorçusu saylarını artırmaqla və güclənməklə məşğuldur. Sayı artmaqda
olan İŞİD terrorçularının indiyə kimi nə "Taliban"a, nə də ki,
Əfqanıstan dövlət ordusuna qarşı heç bir fəaliyyət göstərməməsi həqiqətən şübhəli
məsələdir. Ötən günlərdə Rusiya Müdafiə Nazirliyi Tacikistan sərhədlərini
qorumaq məqsədilə bu istiqamətdə iki alay və vertolyot *eskadrilyası göndərib.
Bundan əlavə, Rusiya Tacikistanda yerləşən 10 min nəfər şəxsi heyətə malik olan
çevik qüvvələrin formalaşdırılmasına da başlayıb. Bu da ABŞ-ın növbəti İŞİD təxribatını
Tacikistanda törətməklə Rusiyanı və hətta Çin hökumətini bölgədə yeni terror
dalğası ilə üz-üzə qoyaraq Yaxın Şərq məğlubiyyətinin əvəzini çıxmaq istəyindən
xəbər verir. Eskadrilya - Bir neçə təyyarə dəstəsindən ibarət olan hərbi
aviasiya. Bombardmançı eskadrilya.
0 Şərh:
Şərh Yaz