Yəməndə şiələr sünnilər ilə vuruşur?
Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı başda olmaqla
bir çox ölkələr
Yəmənə hücum ediblər. Səbəb olaraq göstərilir ki, oradakı şiələrin Yəmən
hakimiyyətini ələ keçirərək, sünniləri hakimiyyətdən kənarlaşdırb. Güya ki, 20
% şiə bütün Yəməni zorla ələ keçirib və sünniləri sıxırlar. Sual vermək
lazımdır ki, siz 30 il diktatorluq edən rüşvətxor Əli Abdullah Salehə sünni
deyirsiniz? Siz korrupsioner və ölkəsini bombardımana dəvət edən, ABŞ dostu
olan Abd Rabbu Mansur Hadiyə sünni deyirsiniz ? “Əl-Qadidə” terrorçularına dəstək
verənlərə sünni deyirsiniz? Körpələri bombardıman edən işğalçı İsrail rejiminin
atdığı addımı təkrarlayan cəlladlara sünni deyirsiniz? Sünni adından istifadə
edib, Yəmən xalqının imperiya nökəri olmaqdan azad olmaq istəyini bilərəkdən şiə
-sünni müharibəsi kimi qələmə vermək ilk növbədə sionist İsrailin və başda ABŞ
olmaqla Qərbin marağındadır.
“Husi”lərin
6 il öncə Səudiyyə Ərəbistanı aviasiyası tərəfindən bomabardıman edildiyini bəlkə
də çoxları bilmir. O zaman “Husi”lər Səudiyyə Ərəbistanının bu təcavüzünə təcavüzkarların
bir neçə zirehli texnikasının məhv edilməsi ilə cavab verib. O zaman “Husi”lər
hakimiyyətə iddialı deyildilər. Bəs nə üçün bu qədər təzyiqlərə məruz
qalırdılar? Çünki, “Husi”lər Səudiyənin dəstəklədikləri “Əl-Qaidə” və digər
terror təşkilatlarının düşərgəsinə çevirilən Yəmən torpaqlarında terrorçuluğun
qarşısına çıxa biləcək yeganə gücdürlər. Səudiyyə Ərəbistanı Körfəz ölkəsi olan
strateji əhəmiyyətə malik Yəməni əldə saxlamq üçün oradakı terrorçu təşkilatları
daima bəsləyib və himayə edib.
Vəhhabi krallığı “Husi”lərin sünni və şiə birliyi ilə yaratdığı “Ənsarullah” təşkilatının krallığın planlarını puç edəcəyini çox gözəl anlayır və ona görə də, Yəmənə təcavüz etdi. Ancaq unutmaq lazım deyil ki, Yəmən xaqlı döyüşkən və iradəli xalqdır. Bütün fitnələrə baxmayaraq, Yəmən xalqı sünnisi və şiəsi ilə birgə xarici təcavüzə qarşı sipər olaraq qalib gələcəklər.
Vəhhabi krallığı “Husi”lərin sünni və şiə birliyi ilə yaratdığı “Ənsarullah” təşkilatının krallığın planlarını puç edəcəyini çox gözəl anlayır və ona görə də, Yəmənə təcavüz etdi. Ancaq unutmaq lazım deyil ki, Yəmən xaqlı döyüşkən və iradəli xalqdır. Bütün fitnələrə baxmayaraq, Yəmən xalqı sünnisi və şiəsi ilə birgə xarici təcavüzə qarşı sipər olaraq qalib gələcəklər.
Sonda
qeyd etmək istəyirəm ki, sünni qardaşlarımızın adından istifadə edərək təcavüz
etmək, elə sünni qardaşlarımızın haqqını taptalamaqdır. Çünki, heç bir sünni
körpələri, qocaları və qadınları gecə saatlarında bombalayaraq, qətlə yetirməz.
Bu çirkin addım yalnız vəhhabi və sionist təfəkürlü rejimlərin işi ola bilər.
Allah Yəmən
xaqını qalib etsin!
0 Şərh:
Şərh Yaz