Putin İslamı qəbul edib ...(Köşə yazısı)
Mart ayının 3-dən İraq Ordusu və könüllü batalyonlar İraqın Tikrit şəhərinin İŞİD terrorçularından azad etməsi əməliyyatına başladılar. Bir həftə ərzində Tikrit şəhərinin əksər məntəqələri azad edildi. Daha sonra Tikrit İŞİD varvarlarının əlindən qurtarıldı. Bu əməliyyatlarda iranlı general Qasim Süleymaninin komandanlığı altında olan könüllülərin əvəzsiz xidmətləri oldu. Dünya ABŞ və koalisiya qüvvələrinin aylarla heç bir nəticə verməyən hava zərbələrinin nə qədər mənasız olduğunu gördü. Tikriti azad edilmə xəbəri yayımlandı. Bu isə ABŞ və Qərb media orqanlarına heç də sərf etmirdi. Onlar dünya ictimaiyyətinə yeni bir şayiə yayaraq, insanların fikrini İraq Ordusunun və könüllülərinin uğurlarından xəbərsiz etmək üçün yeni plan hazırladılar. Planın ilk dezinformasiya xəbəri belə idi. “Putin bir həftədir yoxdur, infarkt olub, xəstədir”. Daha sonra isə “Vladimir Putin İslamı qəbul edib və müsəlman olub”. Bu şayiə sürətlə Azrəbaycan media orqanlarında da yayımlanmağa başladı. Ancaq düşünmək lazımdır ki, belə bir ərəfədə Yaxın Şərqdə həqiqi İslamın yalançı “İslam Dövləti”-nə qalib gəlmə xəbərini nəyə görə və kim gizlədir?! Təbii ki, cavab məlumdur. Bunlar İŞİD-in yaradıcı və maliyyəçiləri olan ABŞ və sionist İsrail rejimidir. Belə ki, dünya KİV-də geniş imkanlara sahib olan bu rejimlər İŞİD-in məğlubiyyət xəbərini gizlətmək üçün, lazim gələrsə Roma papasınıda müsəlman edərlər. Və sonda şayiələrə aldanmamağınızı tövsiyyə edirəm.
PS : Putin müsəlman olmasa da, müsəlman ölkələrinə bir dövlət rəhbəri kimi faydası əksər “müsəlman” lidelərindən çoxdur.
Faiq Rəsulzadə/ İslamazeri.az
0 Şərh:
Şərh Yaz