3/09/2015

Panama kanalının tarixi (Araşdırma)

Panama kanalının tarixi Amerika qitəsinin kəşf oluduğu tarixindən başlayır

Panama kanalının tarixi Amerika qitəsinin kəşf oluduğu tarixindən başlayır. İki okean arasında ensiz su keçidinin yaranması Atlantik və Sakit okeanları birləşdirəcək əla bir ideya idi. İlk dəfə bu yolun salınması fikrinə kolonistlər düşüb və onların bu kanalın salınması üçün xüsusi sxemləri də mövcud olub.


1800-cü illərin sonları texnoloji inkişaf və komersiyanın qüdrətlənməsi ideyadan əməli işə keçmə zərurəti yaratdı. İlk tikinti fransızlar tərəfindən başladılır. Fransızların kanalı dəniz səviyyəsində tikmək istəyi uğursuzluqla yekunlaşdı. Torpaq işlərinin düzgün aparılmaması lahiyəni yarıda qoydu. 

Buna baxmayaraq Amerika Birləşmiş Ştatları fransızların səhflərini düzəldərək 1914-cü ildə Panama kanalını tikməyə nail olub.

İki okeanın birləşdirilməsi planı ilk dəfə olaraq 16-cı əsrdə mövcud olub. Amma İspan kralı 2-ci Filip ciddi formada hər hansı lahiyənin hazırlanmasını qadağan etmişdi. Kral Filip belə düşünürdu ki, Atlantik və Sakit okyanları Yaradan özü birləşdirib və ilahi qanunlara qarışmaq düzgün deyil.




Rəsmi olaraq Panama kanalının tikinti tarixi 1879-cu ilə təsadüf edir. Fransız kolonistlər tərəfindən başladılan tikinti işləri nəzərdə tutduqları büdcə xərclərini iki dəfə keçərək 300 miyon dollara çatır. Buna baxmayaraq ümumi işin cəmi üçdə bir hissəsi görülür. Lahiyənin rəhbəri tikinti mütəxəssisi olmayan Ferdinand Lesseps bağışlanmaz səhfə yol verərək qazıntı işlərini dəniz səviyyəsində aparılmasına qərar verir. Tikinti işlərinə digər manelər isə xəstəliklər; xüsusən tropik xəstəliklər, maleriya və sarı qızdırma idi.

İş o yerə çatmışdı ki, muzdlu işçilər özləri ilə tabut gətirirdilər. Ferdinand Lesseps büdcənin artırılmasının qaçılmaz olduğunu bildirir. Korrupsiya və fırıldaqçılıq kütləvi hal almışdı. Bu səbəbə görə indi də külli miqdarda maliyyə fırıldaqlarına “panama fırıldağı” deyilir. Beləliklə fransızların cəhdi uğursuzluqla nəticələndi.




Amerikanlar Panama kanalını tikmək fikrinə düşür.
Amerikanlar Panama kanalının tikilməsinin zəruruiliyini Amerika-İspan müharbəsindən sonra dahada çox hiss etməyə başladılar. 1898-ci ildə amerkanlar ilə britanıyalılar arasında bağlanılan “Heya-Paunsoft” müqaviləsi ilə Panama kanalının tikintisini manapollaşdırdılar.

Volter Rid və Ceyms Kerrelin tərəfindən 1900-cu ildə müəyyən edilib ki, sarı qızdırma xəstəliyinin daşıyıcısı ağcaqanadlardır. Bundan sonra zərər verici həşaratlara qarşı mübarizə və təmizləmə metodu hazırlanmağa başlanılır. Vilyam Kroford Qorqasomun başçılığı altında 1500 nəfərlik qrup həşaratları məhv etmək planını icra etməyə başladılar. Bu səbəbdən 30 kv km ərazidə kolluq ərazi və otlaq sahələr yandırılır, 83,6 hektar ərazidə olan bataqlıqlar qurudulur və 567,8 min litr xüsusi yağla zərər verici ağcaqanadların sürfələri məhv edilir. Bununla da sarı qızdırma xəstəliyinin qarşısı alınaraq tikintiyə yol açıldı.
ABŞ-ın hərbi nazirliyi Panama kanalının tikitisinə 1904-cü ildə başladı. Tikintinin baş mühəndisi Con Frenk Stivens uğurlu lahiyə hazırlayır. Kanalın tikintisi 10-il ərzində və 70 min işçi ilə 400 milyon dollar başa gəlir.

İlk dəfə Panama kanalından qeyri rəsmi keçidi Fransaya məxsus köhnə “Aleksandr La-Valli” gəmisi 7 yanvar 1914-cü ildə edir. Rəsmi keçid isə 1914-cü ilin avqustun 15-i “Akon” gəmisi ilə baş tutur. Panama kanalının rəsmi açılışı isə, 1920-ci il iyun ayının 12-i reallaşır.



Panama kanalı 1999-cu ilədək ABŞ tərəfindən idarə olunub. Daha sonra isə Panama hökumətinə təhvil verilib.

Faiq Rəsulzadə


0 Şərh:

Şərh Yaz

Səhifələr

Ən Son Şərq Xəbərlərinin Ünvanı

Arxiv

Saat

Tərcümə

Məzənnə

Price