12/31/2015

2015-ci il Yəməndə qətliamla yadda qaldı

2015 -c ilin ən qanlı və ən vəhşi təcavüzlərindən biridə Səudiyyə rejiminin Yəmən xalqına qarşı törətdiyi təcavüz oldu. Mart ayının 26-dan başlayan təcavüz bu günə kimi davakm edir. Səudiyyə rejimi Yəmən cinayətinə özünü müttəfiqləri olan körfəz ölkələrinidə qoşdu. BƏƏ, Sudan, Bəhyreyn canlı və aviasiya qüvvələri ilə günhasız Yəmən xalqına zülm etmək üçün Səud rejiminə yardım etməyə başladı. Səudiyyə və müttəfiqlərinin Yəmənə təcavüzü nəticəsində 10 minlərlə mülki vətəndaş həyatını itirdi yüz minlərlə insan isə öz evlərindən didərgin düşdü.


Milyonlarla Yəmənli qida, su və tibb ehtiyaclarını ödəməyə çətinlik çəkməkdədir. Özünü islam ölkəsi adlandıran Səudiyyə xanədanı mübarək Ramazan ayında belə Yəmən xalqına sionist İsrail rejimi ənənəsində bombardman etməyi dayandırmadı.

 Aylardı davam edən bu zülmə Yəmən xalqı və "Ənsarullah" döyüşçüləri Səudiyyə ərazilərində rejimə qarşı hərbi əməliyyatlara başladı. Bir neçə ay ərzində Yəmənli döyüşçülər rejimin Cizan Nəcran və Əsir vilayətlərində külli lı miqdarda postlarını  hərbi hissələrini, texnikasını, canlı qüvvəsini, hava limanlarını məhv etməyə davam etməkdədir. Yəmənin cənubunda yerləşən Adən, Taiz vilayət və şəhərlərində yerləşən işğalçılara qarşı mübarizə davam edir. Yəmənin Mərib vilayətində Səud və müttəfiqlərinə məxsu koalisiya indiyədək min nəfərə dək canlı qüvvə və 100 dən artıq zirehli texnikasını itirdi.

Səudiyyə bu aylar ərzində Yəməndə özünə xidmət edən marianet höküməti qura bilmədi və planları alt-üst oldu. Neft qiymətlərinin dünya bazarında dəyər itirməsi. Səudiyyə xanədanının hərbi xərclər içərisində boğulmasına və 98 milyard dollar büdcə kəsiri ilə ili başa vurmasına gətirib çıxardı. Yəmən xalqı da öz növbəsində Səudiyyə və müttəfiqləri ilə 100 il müharibə etməyə hazır olduğunu bəyan edrərk işğalçılara səhf düşmən seçdiyi mesajını verdi.


 Ümid edirik ki, 2016-cı təqvim ili Yəmən xalqı və onun timsalında bütün mübarizlərin qələbə ili olacağı ilə yadda qalacaq. 

0 Şərh:

Şərh Yaz

Səhifələr

Ən Son Şərq Xəbərlərinin Ünvanı

Arxiv

Saat

Tərcümə

Məzənnə

Price