10/08/2016

Etiraz etməsək növbəti biz ola bilərik

Dünya yarandan bu günə kimi müharibələrdə milyonlarla insan qətlə yetirilib soyqırıma məruz qalıb.

Fironlar dövründən tutmuş imperialar dövrünə kimi insanlar zülmlə üzləşib. Lakin o zamanda buna etiraz edən qüvvələr olub. Xeyir hər zaman şərlə mübarizə aparıb. Lakin günümüzdə zülmə qarşı çıxanların sayı azalmaqda davam edir.


Bu gün Yəməndə baş verən qətliama göz yuman ölkələr sabah eyni qaydada bombardman edilməyəcəyinə zəmanət yoxdur. Bu gün Səudiyyə rejiminin Yəməndə mülki vətəndaşları qətl etməsinə göz yuman Birləşmiş Millətlər Təşkilatının sabah Qarabağda qətliam törədəcək ermənilərə göz yummayacağına zəmanət yoxdur. BMT özünün qondarma təşkilat olduğunu 70 ilə yaxındır ki, Fələstin məsələsini həll edə bilməməsi Qarabağa dair 4 qətnamənin icra edə bilməməsində sübut edib.

Beynəlxalq hüquq humanizm dəyərlər ancaq ABŞ və güclü qərb ölkələrinin istəyinə uyğun olanda işləyir. Fransada islomfob jurnal redaksiyasında işləyən 12 məlunun ölməsindən sonra bütün Qərb və bəzi "müsəlman" ölkə nümayəndə və rəhbərləri Parisdə toplaşdı.

Lakin Yəmən paytaxtı Sənada ötən gün yas mərasimi zamanı 700 nəfər vətəndaşın öldürlməsi və yaralanması vicdansız dünya üçün əhəmiyyətli deyil çünki qatillər birli bunu öz maraqlarına zidd bilir. Onlar üçün onlardan olmayan ikinci dərəcəli sayılır və ölümlərinin əhəmiyyəti yoxdur. Necə ki, ABŞ-ın daxilində qara dərililərin qiyməti yoxdur eləcədə Vyetnamlıların, Kambocalıların, Əfqanları, Serblərin, İraqlıların ölümlərinin əhəmiyyəti yoxdur.

Qatil rejimlər birliyi dünyanı qan içində boğub bunun qarşısını almaq istəyənləri ittiham edirlər. Bəli yaşadığımız dövr çox çətindir əslində Qərb hər zaman bu xislətdə olub Alman faşistləri Polşanı işğal edəndə Avstriyaya daxil olanda da Qərb buna göz yumurdu. Lakin biz Qərbli deyilik Şərqliyik ona görə bu zülmə göz yuma bilmərik çünki növbəti biz ola bilərik. 

0 Şərh:

Şərh Yaz

Səhifələr

Ən Son Şərq Xəbərlərinin Ünvanı

Arxiv

Saat

Tərcümə

Məzənnə

Price