8/21/2016

Türkiyədə terrorun səbəbi Suriya və İraqdakı hazırkı vəziyyətdir

Türkiyədə baş verən terror aktlarının səbəblərindən biri Türkiyə hökumətinin daxilində olan kürd məsələsini həll etmək üçün İŞİD və "Nusra Cəbhəsi" terrorçularına etibar etməsidir. İndi ola bilər İŞİD-lə münasibətləri pozulub, lakin ABŞ-ın maliyyələşdirməsilə terrorçulara silahları göndərən məhz bu hökumət idi. Bu barədə təkzib olunmaz dəlillər Türkiyə mətbuatında dəfələrlə dərc edilmişdir. Hazırda Türkiyədə MİT, yəni Dövlət Təhlükəsizlik Xidməti fəaliyyəti sıfıra bərabərdir. Buna ən böyük sübut kimi 15 iyulda Türkiyədə çevrilişə cəhdi göstərmək olar. O zaman Rəcəb Tayyib Ərdoğan çevriliş cəhdini MİT-dən deyil, yeznəsindən öyrənmişdi.

Hazırda Türkiyə iqtidarı Suriyanın bölünməyinə icazə verməyəcəklərini deyir, lakin Suriya hökuməti və dövlətçiliyinin zəifləməsinə məhz özləri səbəb oldu. Bundan istifadə edən separatçı kürdlər ABŞ və Qərbin dəstəyilə Suriyanın şimalında yeni əraziləri işğal edib, Kürdüstan qurmaq istəyir .Türkiyənin "müttəfiqi" olan ABŞ kürdləri silahlandırır və Suriyada yeni dövlət qurmağa cəhd edir. Bu sizə lazım idi? Türkiyədə kürd məsələsini həll etmədən regional güc olmaq istəyi Türkiyəni bu vəziyyətə saldı. Çıxış yolu isə regionda terrorçuları qidalandırmağa son qoymaq və Suriya dövlətinin güclənməsidir.

Regionda stabillik yaranması üçün yol mütləq Suriya və İraqda terroçuların kökü kəsmək və terrorçuluğa son qoymaqdan keçir. Buna nail olmaq üçün ən əsas Türkiyə-Suriya sərhədinin bağlanması və terrorçuların nəqliyyat və təchizat yollarının kəsilməsi və Türkiyənin əvvəlki siyasətindən əl çəkməsi lazımdır. Ümid edək ki, avqust ayının 9-da Rusiyanın şimal paytaxtı Sankt-Peteburqda Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşünün nəticəsi olaraq bu məsələ praktiki şəkildə icra edilməyə başlayar.

Fikrimcə, Türkiyədə baş verən son terror aktları Türkiyə-Rusiya-İranın regional yaxınlaşmasından narahat olan ABŞ-ın əli olduğuna işarə edir. 15 iyul çevrilişə cəhddən sonra istəyinə nail ola bilməyən ABŞ Suriyanın Hasəkə vilayətindəki kürdlərə aktivləşməyi, Türkiyədə isə terror törətmək təlimatları verib. Sonda qeyd edım ki, Türkiyə-Rusiya-İran yaxınlaşması və güclənməsi regionun stabilliyinə böyük töhfə verə bilər. Ümid edək ki, bu yaxınlaşma bundan sonar da davam edəcək və region terror və müharibələrdən qurtulacaq.

0 Şərh:

Şərh Yaz

Səhifələr

Ən Son Şərq Xəbərlərinin Ünvanı

Arxiv

Saat

Tərcümə

Məzənnə

Price