Araşdırma etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Araşdırma etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

1/12/2016

Səudiyyə və koalsiyasının İrana qarşı sanksiyası uğurlu olacaqmı?


Ərəb ölkələri başda Səudiyyə Ərəbistanı olmaqla həmçinin körfəz ölkələri İrana qarşı sanksiya tətbiq etmək istəyir. Bununla da ABŞ və altılıq ölkələrin tətbiq etdiyi sanksiyalarını əvəz etəmk fikrinə düşüblər. Bildiyiniz kimi bu ötən ilin iyul ayının 14 də İran və altılqı ölkələri arasında nüvə məsələsində tarixi razılaşma əldə edilib. ABŞ  da öz növbəsində snaksya məsələsində liberal olduğunu göstərib.   Avropa artıq İrandan sanksyaların götürülməsinə hazırlaşır. Necə deyərlər bu gün sabah məsələsidir. İndi maraqlıdır Səudiyyə Ərəbistanı və onun bəslədiyi bəzi ölkələr altılıq ölkələrin götürəcəkləri sanksyaları ərəb koalisiyası ilə bərpa etmək istəyirlər. Bu İrana nə dərəcədə təsir edəcəyi isə adi bir hesablama ilə oxuculara izah etmək olar. Başlayaq Almaniyadan  almaniyanın ticarət dövriyyəsinin həcmi  təqribən 2,5 trilyon avrodur bu da dünya iqtisadiyyatının 4-cü ölkəsidir. Avropa İttifaqının isə 20% ümumi daxili məhsulu bu ölkədə istehsal edilir. Almaniyanın ixracatı isə 900 milyard avro həcmindədir. Bu iqtisadi göstəricilərə malik olan dövlətlər illərlə İrana sanksiya tətbiq edib lakin sonunda bu fikirlərindən daşındılar və bu ölkə ilə iqtisadi siyasi əlaqələri bərpa etməyə çalışırlar. Bu mövzuya yenidən qayıdarıq. Gələk Səudiyyə Ərəbistanı iqtisadiyyatına  ölkənin əsas ixrac məhsulu yəni 95% neft və neft məhsulları təşkil edir. Səudiyyə Ərəbistanın ümumi daxil məhsulun həcmi 2015-ci ildə təqribən 800 milyard dollara yaxın olub. Neft qiymətlərinin 3 dəfədən artıq qiymtənin düşməsi bu ölkənin büdcəsindəki kəsir ni 100 milyard ABŞ dollarına yaxın edib bu da ölkənin ÜDM-nin 15%-ni təşkil edir. 2016-ci ildə sə Səudiyyə Ərəbistaının büdcə kəsiri  ÜDM-un 60%-ni təşkil edəcək.  Bu da israfla yaşamğa alışan Səudiyyə Ərəbistanı üçün çox çətin olacaq.

 Bütün bunları nəzərə alara Səudiyyə Ərəbistanı və dostlarının İrana qarşı sanksiya tətbiqi heçdə uğurlu alınmayacağı aşkar olunur. Gələk yenidən Avropaya iqtisadi göstəricilərini verdiyimiz Almaniyanın sırasına Fransa, İtaliya, Britaniya, İspaniyanı əlavə edək və İranla iqtisadi əməkdaşlığa başlayacağı təqdirdə İranın ixrac –idxal dövriyyəsinin artması qaçılmaz olacaq. Əlavə olara bura Çin, Hindisdan, Malaziya, İndoneziya, Avstraliyanıda əlavə etsək görərik ki, Səudiyyə Ərəbistanı sanksiya ilə yalnız özünü blokadaya salaraq bölgədə hegemonluq yox təcrid vəziyyətə düşəcək. Nəzərə alsaq ki, İran uzun illər sanksiyalar vəziyyətində neft qiymətinin barelinin 30-40$ səviyyəsində yaşamağa vərdiş edib və Səudiyyə ilə uzun müddətli qiymət qarşıdurmasında öz mövqeyini dəyişməyəcək. Nəzərə alaq ki, sanksyalar aradan qaldırıldıqdan sonra İran dünya bazarına sutkalıq 400-700 mln barel neft ixrac edəcək. Bütün bu rəqəmlər və iqtisadi göstəricilər bir daha  nümaiş etdirir ki, Səudiyyənin İrana qarşı avntyurası bu ölkəyə baha başa gələcək. Yəməndə bitməmiş müharibə və ABŞ-ın öz neft rezervlərini dünya bazarına çıxarması Səudiyyə Ərəbistanın nə neft qiymətinə nə də ki, regionda öz təsirini qoymağa imkan verməyəcək. İran isə necə deyərlər özünü neft bumuna və kapital  daxil olamalarına artıq başlayıb. Avropada ilk bir başa tranzaksiyasında alıb. Dünya bazrında iqtisadiyyatın və sülhün olması ümüdi ilə bu qədər.
Faiq Rəsulzadə.

10/16/2015

ABŞ-ın növbəti İŞİD gedişi - Tacikistan


Yaxın Şərqdə geniş vüsət alan terror dalğası və İŞİD-in 2006-cı ildən bu yana fəaliyyəti terror təşkilatının güclənməsinə və peşəkar terrorçular yetişdirməsinə səbəb oldu. Müxtəlif ölkələrin kəşfiyyatları tərəfindən İŞİD-i ABŞ-ın yaratdığını və istədiyi zaman istədiyi yerdə islam dini adından fitnə və xaos yaratmaq üçün bilavasitə öz aləti kimi istifadə etdiyi barədə yetərincə məlumatlar dərc edilib. Yaxın şərqdə ABŞ-ın planlarının ürəklərincə olmadığı və bölgədə faktiki olaraq uduzduğu barədə ötən yazımda məlumat vermişdim. Lakin ABŞ-ın bunun əvəzini çıxmaq məqsədilə nələr edə biləcəyi barədə bir neçə cümlə yazmaq istəyirəm... Bildiyiniz kimi on ildən artıqdır ki, Əfqanıstanda anti-terror əməliyyatı ilə məşğul olan və NATO-nu da bu işə cəlb edən ABŞ-ın əslində qlobal marağı Çin və Rusiya sərhədlərinə yaxın yerdə daim öz hərbi qüvvələrini və yerli dəstələri idarə edən gizli kəşfiyyatını saxlamaq olub. Bu səbəblə də son günlər Əfqanıstanın şimalında yerləşən Qunduz vilayətində "Taliban"ın aktivləşməsi və şəhər mərkəzini nəzarətə alması diqqətdən yayınmadı. Daha sonra Əfqanıstan ordusu ilə "qəhrəman" ABŞ əsgərlərinin adı çəkilən ərazini təmizləməsi bölgədə vəziyyətin dəyişməsindən xəbər verirdi. Bu hadisələrdə ABŞ-ın barmağının olmamasını göstərmək məqsədilə ABŞ "bilmədən" orada yerləşən xəstəxanaya avizərbə endirir və 20 nəfərdən artıq mülki vətəndaş dünyasını dəyişir. Bu da beynəlxalq ictimaiyyətin tənqidinə səbəb olur. Daha sonra isə Pentaqon bu hadisəyə görə üzr istəyir. Sonuncu üzr istəmə də daxil olmaqla, bütün bu olaylar ABŞ-ın Əfqanıstanın şimalında, Rusiyanın şərq sərhədboyu ərazilərində, Çinin Sincan-Uyğur vilayətinin yaxınlığında İŞİD terrorçuları üçün yeni qanlı paliqon ərsəyə gətirmək üçün fikir yayındırmaqdan başqa bir şey deyil. Əfqanıstan və Rusiya mənbələrinin məlumatına əsasən, hazırda Əfqanıstanın şimalında, Tacikistan sərhədində 3500-dən artıq İŞİD terrorçusu saylarını artırmaqla və güclənməklə məşğuldur. Sayı artmaqda olan İŞİD terrorçularının indiyə kimi nə "Taliban"a, nə də ki, Əfqanıstan dövlət ordusuna qarşı heç bir fəaliyyət göstərməməsi həqiqətən şübhəli məsələdir. Ötən günlərdə Rusiya Müdafiə Nazirliyi Tacikistan sərhədlərini qorumaq məqsədilə bu istiqamətdə iki alay və vertolyot *eskadrilyası göndərib. Bundan əlavə, Rusiya Tacikistanda yerləşən 10 min nəfər şəxsi heyətə malik olan çevik qüvvələrin formalaşdırılmasına da başlayıb. Bu da ABŞ-ın növbəti İŞİD təxribatını Tacikistanda törətməklə Rusiyanı və hətta Çin hökumətini bölgədə yeni terror dalğası ilə üz-üzə qoyaraq Yaxın Şərq məğlubiyyətinin əvəzini çıxmaq istəyindən xəbər verir. Eskadrilya - Bir neçə təyyarə dəstəsindən ibarət olan hərbi aviasiya. Bombardmançı eskadrilya. 

10/09/2015

Rusiyanın Yaxın Şərqdə şah və matı

Rusiya və müttəfiqləri Suriyanı terror bataqlığından çıxana qədər bölgədəki hərbi fəaliyyətini davam etdirəcək. Ukraynada baş verən çevriliş nəticəsində legitim prezident Yanukoviç tutduğu postdan uzaqlaşdırılıb. Bununla da Donetsk və Luqanskda qərbin təxribat və təşfiqi ilə antirus meylləri canlanmağa başlayır. Bölgədə yaşayan Ruslar öz hüquqlarını qorumaq məqsədilə mübarizəyə başlayırlar. Eyni zamanda Krım əhalisi xunta "faşist" hökumətini qəbul etmək istəmədiklərini bəyan edərək Krımın Ukraynadan ayrılmasını, daha sonra isə Rusiyaya birləşməsini istəyirlər. Bu hadisələrin gedişatı ilə qərb Rusiyanın Suriyadakı fəaliyyətinə mane olmaq və yaxın şərqdə gedən proseslərdən kənar qoymaq istəyirdi. Rusiyanı Ukrayna böhranı ilə məşğul etmək istəyən qərb, müttəfiqi və əsas maliyyə mənbəyi olan Səudiyyəni Yəməndə xalq inqilabı ilə hakimiyyəti ələ alan "Ənsarullah" və Yəmən xalqına qarşı aviasiya zərbələri endirməyə təşviq edərək özünün ikiüzlülüyünü bir daha nümayiş etdirdi. Çünki ABŞ Ukraynada inqilabı dəstəklədiyi bir zaman Yəməndə buna qarşı çıxdı.  Yəməndə hər şeyin plana uyğun getdiyini düşünən ABŞ, Suriya ərazisində Rus aviasiyasının və hərbçilərinin olduğunu isteriya ilə tirajlamağa başladı. Rusiya öz növbəsində Suriya hökumətinə beynəlxalq qanunlar çərçivəsində hərbi texnika və təchizat verdiyini və bundan sonra da verəcəyini dəfələrlə bəyan etmişdi. ABŞ və İsrail rejimi bu vəziyyətdən ciddi narahat olduqlarını heç bir vəchlə gizlədə bilmədilər. Belə ki, sionist rejimin baş naziri Benyamin Netanyahu Moskvaya təcili səfər edir və Putindən Suriyanın sionist rejimə qarşı hər hansı bir hücum əməliyyatı etməməsi üçün zəmanət istəyir. Putin öz növbəsində Suriya hakimiyyətinin öz ərazi bütövlüyü və dövlətçiliyi uğrunda ölüm-qalım savaşını apardığını bəyan edərək, Sionist rejimə "mənə mane olma!" mesajını verir. Rusiya artıq Suriyada olduğunu açıq şəkildə bəyan edərək ABŞ və müttəfiqlərini regionda mat vəziyyətdə qoyur. Suriya ərazilərində terrorçuların təmizlənməsi artıq Rusiya hərbi hava qüvvələrinin əməliyyatlarının bir hissəsinə çevrilir. Rusiyanın Suriyada İŞİD və digər terror qruplarının mövqelərini asanlıqla aşkar edərək məhv etməsi həm mediada, həm də yerli əhalinin gözündən yayınmayaraq dünya gündəminin əsas manşetində yer aldı. Bir ildən artıq zaman çərçivəsində ABŞ və müttəfiqlərinin terrorçuluqla mübarizədə gördüyü işi Rusiya Hərbi Hava Qüvvələri qısa müddət ərzində həyata keçirib və bu templə də əməliyyatları davam etdirir. Qərb və o cümlədən müttəfiqləri yenə də öz ikili standartlarını ortaya qoyaraq "Rusiya Bəşər Əsədin müxaliflərini vurur" başlıqlı dezionformasiyalar yayımlayır. "Müxailflər" isə öz növbəsində Suriya hökumətini "kafir Rusiya" ilə birləşərək müsəlmanların ölümündə ittiham edir. Lakin nədənsə özlərinin ABŞ, sionist İsrail rejimi və bir çox Avropa ölkələrindən aldıqları yardımları unudurlar. ABŞ senatoru Con Makkeynin Suriya "müxalifəti" ilə sıx əlaqələri barədə dünya ictimaiyyətinin xəbərdar olduğunu yaddan çıxarırlar. Nəticə olaraq bu qənaətə gələ bilərik ki, bütün bu canfəşanlıq ABŞ və müttəfiqlərinin bölgədə uduzduğunu və mat vəziyyətə düşdüyünü göstərir. Bundan sonra ABŞ Yaxın Şərqdə törətdiyi və gizlətdiyi cinayətlərin üstünü ört-basdır etməyə çalışacaq. Həmçinin Rusiya və müttəfiqləri isə Suriyanı terror bataqlığından çıxarana qədər bölgədəki hərbi fəaliyyətlərini davam etdirəcək.

8/26/2015

Arianlar (Araşdırma)

Arianlıq 2-ci Ümumdünya Kilsə Şurası tərəfindən rəsmi şəkildə 381-ci ildə küfr elan edildi 

Arianlar (Arianizm xristian məzhəblərindən biri)

Arianlıq 4-6-cı əsrlərdə İskəndəriyyəli rahib Ariyin (ölüm tarixi 336-il) iddiası bu idi ki, İsa (ə) Allahla bərabər qüdrətdə deyil və Allahın iradəsi ilə yaradılmışdır. Əbədi deyil və Allahla insanlar arasında bir vasitədir. 1-ci Ümumdunya Kilsə Şurası 325-ci ildə Arianlıq məzhəbini tənqid etdilər və rahib Ariyi kafir adlandıraraq sürgün etdilər.

Arianlıq 2-ci Ümumdünya Kilsə Şurası tərəfindən rəsmi şəkildə 381-ci ildə küfr elan edildi. Xristianların nəzərinə görə Arianlıq rahib Arian adından götürülmüş küfr məzhəbdir. Çunki rahib Arian İsanın (ə) Allahla bərabər qüvvəyə və eyni olması iddiası doqmatına (bildirək ki, kilsə bu cür qəbul edir) qarşı çıxmışdır. İlk dəfə bu mübahisə rahib Arian ilə İskəndəriyyə kilsəsinin Arxiyepiskopu Aleksandr arasında 318-ci ildə baş verib. Arianlıq 325-ci ildə və 2-ci dəfə 381-ci ildə tənqid olunmağına və küfr elan edilməsinə baxmayaraq, İmperator Konstantin (Böyük Konstantin) 337-ci ildə ölümündən 381-ci il ikinci Ümumdünya Kilsəsinin zamanına qədər Ümumdünya Kilsəsində Arianlıq məzhəbinin nümayəndələri üstünlük təşkil edib və bu ideologiya Kilsənin öncül təlimlərindən olub. Buna baxmayaraq Arianlıq məzhəbinin ardıclıları da parçalandılar və iki dəstəyə ayrıldılar.

İfrat arianlara “anomey”, mülayim arianlar isə “omusian” adlanıb. İmperator 2-ci Konstantin (Flavius Julius Constantius) 337-361-ci illər və İmperator Valent Flavius 364-378-ci illərdə Arianlıq məzhəbinin himayədarları olublar. Arianlıq məzhəbinin qüvvəsini itirməsi İmperator 1-ci Feodosinin gəlişindən sonra köklü şəkildə dəyişdi (379-395). Belə ki, onun imperator olmasından sonra Ata-Ogül-Müqqədəs Ruh inancına yenidən qayıdıldı. Beləliklə Arianlıq məzhəbinin Konstantinopolda (İstanbulda) 40 illik üstünluyü sona çatdı. Buna baxmayaraq, Arianlıq məzhəbi 4-6-cı əsrlərdə xristianlığı qəbul etmiş Alman millətlərinin əsas məzhəblərindən biri olaraq qalıb. Bu millətlərdən osqotlar, vesqotlar, vandallar, burqundlar və lanqobardlar olub. Vandallar şimalı Afrikada provoslav məzhəbinin nümayəndələrinə qarşı sərtliyi ilə yadda qalıblar. Onların sərt hakimiyyəti Bizans ordusuna 533-cü ildə məğlubiyyəti ilə sona çatıb. Burqundlar isə Frank krallığına birləşdirilənədək Arian məzhəbinə etiqadları olub. Osqotlar İtaliyada özlərinin bizanslılar tərəfindən 553-cü ildə tam darmadağın edilməsinə kimi arian olublar. Vesqotlar İspaniyada Toledo kilsəsinin yaranmasına kimi (589-cu il), lanqobardlar isə 7-cı əsrin yarısına kimi Arian məzhəbinin nümayəndələri olublar.

381-ci ildə Arianlıq kilsə tərəfindən küfr elan edilməsinə baxmayaraq, bir neçə əsr onun ardıcılları qalmaqda davam edir, belə ki, şərqi və mərkəzi Avropada arianlara rast gəlmək olurdu. Ukrayna ərazisində yerləşən Qoşa bölgəsində Arian məzhəbinin ardıcılları sıx məskunlaşmışdılar.



Arianlıq məzhəbinin konservativ klassik ardıcılları qalmasa da, bu məzhəbə bənzər cərəyanlar qalmaqda davam edir. İsanın (ə) Allahın oğlu olmaması və Allahdan asılı olmasını bəyan edən xristian məzhəbləri günümüzdə də mövcuddur. Kilsə doqmatı olan Ata-Oğul-Müqəddəs Ruh nəzərini qəbul etməyən xristianlar kilsələr tərəfindən kafir elan edilir. İslam dinin əsas prinsipi olan Tövhid prinsipini demək olar ki, xristianlar qəbul etmir və Allaha oğul nisbəti verirlər. 

Xristian kilsələrinin qəbul etmədiyi batil məzhəblərdən biri də Yahova şahidləridir. Bu məzhəbin ardıclıları da maraqlıdır ki, Arianlıq məzhəbinin ardıcılları kimi İsanı (ə) Allahın elçisi kimi tanıyırlar, lakin Allahın qüdrətinin artıb-azaldığı dövrün olduğuna da inanırlar. Hal-hazırda dünyanın müxtəlif ölkələrində öz batil inanclarını təbliğ etməkdədirlər. İslam dininə tarixdə loyal yanaşan xristianların arian olması iddia edilir. Bəzi xristian mənbələri İslam peyğəmbəri Həzrət Muhəmmədin (s) Arian xristianlarını hidayət etdiyini qeyd edir. 

Təbii ki, İslamı qəbul edən xristianlara kilsədə azmış insan kimi baxsalar da, həqiqətdə o xristianlar haqqı taparaq hidayətə qovuşublar. Tarixi kitablara nəzər saldıqda Arianlıq məzhəbi haqqında Avropada çox az məlumata rast gəlmək olur. Bu da başa düşüləndir, çünki tarix boyu kilsələrin təzyiqi buna səbəb olub.

Hazırladı: 20.06.2014
Faiq Rəsulzadə 

4/01/2015

Mormonlar kimdir? II hissə (Araşdırma)

Mormonlar ABŞ-da bütün sahələrə öz sekta üzvlərini yeridə biliblər

Sektaya üzv olan cavanlar öz büdcələri hesabına iki il ərzində dünyanın müxtəlif ölkələrində missionerliklə məşğul olurlar.
Daha yaşlı olan mormonlar isə sosial yönümlu və digər işlərlə məşğul olurlar.

Mormonlar öz təbliğatlarını təhsil yolu ilə güclü şəkildə inkişaf etdirirlər. ABŞ-da yerləşən beş ən iri özəl universitetdən biri  “Brigham Young” mormonlara məxsusdur. 

Mormonların ABŞ-ın siyasətində də öz nümayəndələri mövcud olub və olmaqdadır. Mormonlar həm respublikaçı, həm də ki, demokrat partiyasının sıralarında mövcuddurlar.
 Aşağıda sizə ABŞ-ın Mormon siyasətçilərinin adlarını qeyd edəcəyik. 
ABŞ-ın Mormon siyasətçiləri Bob Bennett (1933 ): ABŞ senatoru, Yuta ali parlament fraksiyasının təşkilatçı üzvü, respublikaçı 

Rob Bişop (1951): ABŞ-ın Yuta ştatı nümayəndəsi, respublikaçı 

Kris Kannon (1950): ABŞ-ın Yuta ştatı nümayəndəsi 

Mayk Krapo (1951): ABŞ-ın Aydaho senatoru, respublikaçı 

Con Dulittle (1950 ): Kaliforniya ştatından respublikaçı, 

Eni Faleomavaega (1943): Amerika müstəmləkəsi dövlət departamentinin nümayəndələr palatasının üzvü, demokrat 

Ceff Flayk (1962 -): Arizona respublikaçılar nümayəndəsi 

Cim Qibbons (1944): Nevada qubernatoru 

Orrin Hatk (1934): ABŞ-ın Yuta senatoru, respublikaçı 


Din Heller (1960) Nevada nümayəndəsi, respublikaçı 

Vially Herger (1945): Kaliforniya konqresmeni 

Jon Huntsman (1960): 2004-cü ildən Yuta qubernatoru 

Mixail O. Leavitt (1951 -): Sağlamlıq və İnsan Hüquqları üzrə nazir və Yutanın keçmiş qubernatoru

Cim Matheson (1960): Yuta demokrat nümayəndəsi , 

Buk Makkeon (1938): Kaliforniya nümayəndəsi, respublikaçı 

Hary Reid (1939): Senator, hal-hazırda Nevada ştatı demokrat üzvdür. 

Mik Simpson (1950-): Aydaho nümayəndəsi,  respublikaçı 

Qordon Smit (1952): ABŞ-ın Oreqon senatoru, respublikaçı 

Tomas Styuart Yudel (1948): Nyu Mexico konqresmeni

Yuxarıdakı adlar adları çəkilən siyasətçilərin rəsmi elan olunan adlarıdır. 
Mormonların ABŞ hökumətində olan gizli üzvləri barədə isə məlumat olmadığından onların adlarını təbii ki, qeyd edə bilmirik. 
Mormonlar da masonlar kimi ABŞ-ın bütün sahələrində öz üzvlərini yeritidiyi isə əldə olunan məlumatlara əsasən öz təsdiqini tapır.
 Son olaraq mormonlar öz təbliğatlarını ABŞ və dünyada, təhsil ocaqlarının yaxınlığında öz ofislərini quraraq, gizli və bəzi ölkələrdə açıq şəkildə aparmaqdadırlar.

 Bu və digər sektalardan uzaq olmaq və öz yaxınlarınızı qorumaq istəyirsinizsə, mənsub olduğunuz İslam dinini daha yaxşı oyrənmək lazımdır. Öz müqəddəs dinimizə möhkəm sarılaraq, batil cərəyanların inkişafının qarşısını almalıyıq.

Faiq Rəsulzadə

3/09/2015

Panama kanalının tarixi (Araşdırma)

Panama kanalının tarixi Amerika qitəsinin kəşf oluduğu tarixindən başlayır

Panama kanalının tarixi Amerika qitəsinin kəşf oluduğu tarixindən başlayır. İki okean arasında ensiz su keçidinin yaranması Atlantik və Sakit okeanları birləşdirəcək əla bir ideya idi. İlk dəfə bu yolun salınması fikrinə kolonistlər düşüb və onların bu kanalın salınması üçün xüsusi sxemləri də mövcud olub.


1800-cü illərin sonları texnoloji inkişaf və komersiyanın qüdrətlənməsi ideyadan əməli işə keçmə zərurəti yaratdı. İlk tikinti fransızlar tərəfindən başladılır. Fransızların kanalı dəniz səviyyəsində tikmək istəyi uğursuzluqla yekunlaşdı. Torpaq işlərinin düzgün aparılmaması lahiyəni yarıda qoydu. 

Buna baxmayaraq Amerika Birləşmiş Ştatları fransızların səhflərini düzəldərək 1914-cü ildə Panama kanalını tikməyə nail olub.

İki okeanın birləşdirilməsi planı ilk dəfə olaraq 16-cı əsrdə mövcud olub. Amma İspan kralı 2-ci Filip ciddi formada hər hansı lahiyənin hazırlanmasını qadağan etmişdi. Kral Filip belə düşünürdu ki, Atlantik və Sakit okyanları Yaradan özü birləşdirib və ilahi qanunlara qarışmaq düzgün deyil.




Rəsmi olaraq Panama kanalının tikinti tarixi 1879-cu ilə təsadüf edir. Fransız kolonistlər tərəfindən başladılan tikinti işləri nəzərdə tutduqları büdcə xərclərini iki dəfə keçərək 300 miyon dollara çatır. Buna baxmayaraq ümumi işin cəmi üçdə bir hissəsi görülür. Lahiyənin rəhbəri tikinti mütəxəssisi olmayan Ferdinand Lesseps bağışlanmaz səhfə yol verərək qazıntı işlərini dəniz səviyyəsində aparılmasına qərar verir. Tikinti işlərinə digər manelər isə xəstəliklər; xüsusən tropik xəstəliklər, maleriya və sarı qızdırma idi.

İş o yerə çatmışdı ki, muzdlu işçilər özləri ilə tabut gətirirdilər. Ferdinand Lesseps büdcənin artırılmasının qaçılmaz olduğunu bildirir. Korrupsiya və fırıldaqçılıq kütləvi hal almışdı. Bu səbəbə görə indi də külli miqdarda maliyyə fırıldaqlarına “panama fırıldağı” deyilir. Beləliklə fransızların cəhdi uğursuzluqla nəticələndi.




Amerikanlar Panama kanalını tikmək fikrinə düşür.
Amerikanlar Panama kanalının tikilməsinin zəruruiliyini Amerika-İspan müharbəsindən sonra dahada çox hiss etməyə başladılar. 1898-ci ildə amerkanlar ilə britanıyalılar arasında bağlanılan “Heya-Paunsoft” müqaviləsi ilə Panama kanalının tikintisini manapollaşdırdılar.

Volter Rid və Ceyms Kerrelin tərəfindən 1900-cu ildə müəyyən edilib ki, sarı qızdırma xəstəliyinin daşıyıcısı ağcaqanadlardır. Bundan sonra zərər verici həşaratlara qarşı mübarizə və təmizləmə metodu hazırlanmağa başlanılır. Vilyam Kroford Qorqasomun başçılığı altında 1500 nəfərlik qrup həşaratları məhv etmək planını icra etməyə başladılar. Bu səbəbdən 30 kv km ərazidə kolluq ərazi və otlaq sahələr yandırılır, 83,6 hektar ərazidə olan bataqlıqlar qurudulur və 567,8 min litr xüsusi yağla zərər verici ağcaqanadların sürfələri məhv edilir. Bununla da sarı qızdırma xəstəliyinin qarşısı alınaraq tikintiyə yol açıldı.
ABŞ-ın hərbi nazirliyi Panama kanalının tikitisinə 1904-cü ildə başladı. Tikintinin baş mühəndisi Con Frenk Stivens uğurlu lahiyə hazırlayır. Kanalın tikintisi 10-il ərzində və 70 min işçi ilə 400 milyon dollar başa gəlir.

İlk dəfə Panama kanalından qeyri rəsmi keçidi Fransaya məxsus köhnə “Aleksandr La-Valli” gəmisi 7 yanvar 1914-cü ildə edir. Rəsmi keçid isə 1914-cü ilin avqustun 15-i “Akon” gəmisi ilə baş tutur. Panama kanalının rəsmi açılışı isə, 1920-ci il iyun ayının 12-i reallaşır.



Panama kanalı 1999-cu ilədək ABŞ tərəfindən idarə olunub. Daha sonra isə Panama hökumətinə təhvil verilib.

Faiq Rəsulzadə


Kuba inqilabı necə baş verdi? (Araşdırma)

Bu inqilab Kuba xalqının azadlığı üçün yol açdı. Yer kürəsinin qərb yarım kürəsində ilk sosialist dövlətinin yaranmasına səbəb oldu

Kuba inqilabı Amerika tarixində əlamətdar hadisə olaraq yeni səhifə açdı. Bu inqilab Kuba xalqının azadlığı üçün yol açdı. Yer kürəsinin qərb yarım kürəsində ilk sosialist dövlətinin yaranmasına səbəb oldu. 1959-cu il inqilabı uzun illər azadlıq uğrunda aparılan mübarizənin bəhrəsi oldu.


Kuba imperialist qüvvələrinin və şimali Amerika monopolistlərinin istismarçı təzyiqlərinə məruz qalan ölkələrdən birincisi idi. İqtisadiyyatın bir yönlü inkişafı, işsizlik, Kuba xalqına nifrət - bunların hamısı Batista hökumətini tərənnüm edirdi. Vətənpərvər qüvvələrə qarşı dövlət terroru səbəb oldu ki, 1950-ci illərdə onlarda inqilab əhval-ruhiyyəsi yaransın. İlk dəfə 1953-cü il, 26 iyul tarixində bir qrup cəsarətli gənc Fidel Kastro başçılığı altında Santyaqo şəhərində yerləşən Monkada qəsrinə hücum etdilər. Hücum edənlərin əksəriyyəti həlak oldu, sağ qalanlar isə həbsə atıldılar. Həmin ilin 21 sentyabr tarixində Fidel Kastronun məhkəməsi təşkil olunur. Məhkəmə prosesi zamanı vəkildən imtina edən Kastro özü-özünə vəkil olacağını qeyd edir. Fidel Kastro məhkəmə qarşısında uzun bir çıxış edir. O, Kubadakı acınacaqlı vəziyyətdən danışır, 700 min kubalının işsiz olduğunu, 90% kəndlinin xəstəliklərdən əziyyət çəkdiyini, ölkənin 30%-nin isə heç öz adlarını yaza bilməmələri dərəcəsində savadsız olduqlarını qeyd etmişdi. O, öz çıxışını “Məni həbs edə bilərsiniz! Bu heç nəyi dəyişməyəcək! Tarix mənə etdiklərimə görə haqq qazandıracaq!” sözləri ilə başa vurmuşdu. Xalqın dövlətə qarşı narazılığı daha da artdı. Bu səbəbdən dövlət təzyiqlər altında Fidel Kastro və tərəfdarlarına amnistiya qərarı çıxararaq, həbsdən azad etdi. Azad olan FideI Kastro və tərəfdarları Meksikaya mühacirət edərək, orada “26 iyul hərəkatı” inqilab təşkilatı yaratdılar.



2 dekabr 1956 cı ildə “Qranama” gəmisi ilə Kuba adasına Fidel Kastronun başçılığı ilə 82 inqilabçı yan alır. Adaya enmə prosesi ölkədə yaranan böhranı daha da artırdı. Adaya düşən F. Kastro və tərəfdarları ilkin mərhələdə uğursuzluğa uğradılar. Diktator Batistanın ordusu inqilabçıları mühasirəyə aldı və əksəriyyətini öldürdü. Fidel Kastro pərakəndə halda 20 nəfərlə Syerra-Maestra dağına çatmağa və orada partizan hərəkatına başlamağa nail oldular. Xalqın, kəndçilərin dəstəyi ilə Fidel Kastro güclənərək pillə-pillə ordu qüvvələrinə qarşı qələbə qazanaraq, xalqın rəgbətini əldə etməyə başlayır.








Syerra Maestra dağında aparılan partizan döyüşlərinin uğurları ilə bərabər Kuba adasının başqa məntəqələrində də diktator əleyhinə mübarizələr gücləndi. “13 mart inqilab hərəkatı” Eskambray dağında silahlı partızan dəstəsi formalaşdırdı.

1958-ci ildə diktator ordusunun irimiqyaslı əməliyyatı uğursuzluğa düçar olduqdan sonra, üsyançı dəstələr strateji üstünlüyə yiyələndilər. 1958-ci ilin avqust ayının axırları və sentyabr ayının əvvəlləri partizan dəstələri əks hücuma keçdilər. Mayor Ernesto Çeqevaro və Kamilo Sienfueqosun başçılığı altında iki partizan dəstəsi dağlardan enərək, qərbə doğru hərəkətə başladı. Kamaquev vilayətini keçən partizanlar Las Vilyas vilayətinə daxil oldular. 1958-ci ilin oktyabr ayının ortalarında inqilabçılar bütün cəbhələrdə hücumlara başladılar. İnqilabçıların sayı üç min nəfərdən artıq olur. Qatil diktator rejiminin sonuna sayılı günlər qalır. 1958-ci ilin noyabr ayının sonlarında həlledici döyüşlər başlayır. 1959-cu il, yanvar ayının 1-də Fidel və Raul Kastronun komandanlığı altında Santyaqo şəhərinə daxil olurlar.

Eyni zamanda Kubanın qərbində partizanlar Çe Qevaronun komandanlığı altında Santa-Klara şəhərini ələ keçirirlər. Bundan sonra Çe Qevaro və Kamilo Sienfueqosun başçılıq etdiyi üsyançı ordu paytaxt Havanaya doğru hərəkətə başladılar. Çıxılmaz vəziyyətdə qalan diktator Batista xalqdan illər boyu oğurladığı sərvətləri götürərək gizlicə yeni il ərəfəsində Kubadan qaçdı . 4 yanvar 1959 cu ildə Kubada hakimiyyət inqilabçıların əlinə keçdi.

Faiq Rəsulzadə

3/08/2015

Mormonlar kimdir? 1-ci hissə (Arşadırma)

Mormonlar termini öz adını eyni adlı “Mormonlar Kitabı”ndan götürüb. Bu kitab 1830-cu ildə çap edilib
Mormonlar termini öz adını eyni adlı “Mormonlar Kitabı”ndan götürüb. Bu kitab 1830-cu ildə çap edilib.
Bu kitab mormonların əqidə kitabı kimi İncillə bərabər istifadə edilir. Kitab kiçik Jozef Smit tərəfindən diktə edilib.

Mormonlar termini öz adını eyni adlı “Mormonlar Kitabı”ndan götürüb. Bu kitab 1830-cu ildə çap edilib.

Mormonlar termini öz adını eyni adlı “Mormonlar Kitabı”ndan götürüb. Bu kitab 1830-cu ildə çap edilib.
Bu kitab mormonların əqidə kitabı kimi İncillə bərabər istifadə edilir. Kitab kiçik Jozef Smit tərəfindən diktə edilib.

O, iddia edirdi ki, bu Amerikanın aborigen əhalisinin əlyazmalarının tərcüməsidir. Mormon kitabı “peyğəmbərin” və oğlu Moroni tərəfindən yazıldığı iddia edilir. Öncədən Mormon ləqəbi bu cərəyanın ardıcıllarına verilsə də, sonradan bu ad təriqətin adına çevrilib. Qeyd edək ki, Mormonların fundamentalist qolunun ardıcılları çoxarvadlılığı qəbul edirlər. Siravi Mormonlar isə təkarvadlılığı qəbul edirlər. 15 may 1843-cı ildə Mormonların rəsmi qəzeti “Times and Seasons”da məqalə çap olunub. Orada Mormon sözünün mənası “more” və qədim Misir dilindən götülümüş “mon” sözlərinin birləşməsindən əmələ gəldiyi və “daha xeyirli” mənası verdiyi qeyd olunub. Mormonlar ənənəvi xristian məzhəblərindən olmadığı üçün Pravoslav kilsə və katolik kilsə bu cərəyanı sekta adlandırır. Mormonların kilsəsi İsa Məsih adlanır və son günlərin ardıcılları kimi tanınıb. Əsas kilsələri Yuta ştatında olan Soltlayk-Siti şəhərindədir. İsa Məsih kilsəsi prezident, 2 müşavir və 12 rahib tərəfindən idarə olunur.



sanın (ə) dövründəki kimi rahiblərin (həvarilərin) sayı 12-dir. 1847-ci ildə Mormonlar sektasının üzvləri ənənəvi kilsələrin təzyiqi nəticəsində şəhərlərdən çıxaraq ABŞ-ın səhralığında yerləşiblər. Moromonlar öz təbliğatlarını aparmaq üçün könüllülərdən istifadə edirlər. Ümumiyyətlə bu sektaya qoşulanlar əllərində olan hər bir şeyi sektaya qurban verməyə hazır olmalıdır. Sistem özünə qapalı və öz sirlərini qırağa çıxarmağa həvəsli deyil. Sekta özlərini İsa Məsih ardıcılı adlandırırlar. Buna baxmayaraq, Jozef Smiti peyğəmbər adlandırırlar. Sektanın ardıcılları ABŞ-ın yüksək vəzifələrində və ictimai-siyasi proseslərində yaxından iştirak edirlər. Mormonların 2000-ci ildə dünya üzrə 11 milyon üzvü olduğu və 160-dan artıq ölkədə təbliğat apardığı məlumdur.

Mormonlar ABŞ kilsələri içində ən çox üzvü olan beş kilsədən biridir. Mormonların kilsələri ənənəvi kilsələrdən köklü şəkildə fərqlənir, belə ki, bu kilsələr iri malikanələrə bənzəyir və çox sayda otaqlardan ibarətdir. Otaqların çoxluğu gizli ayinlərin keçirilməsi üçün nəzərə tulub. Kilsəyə daxil olmaq üçün mormonlar özlərinə uyğun qaydalarla yaşamalı, kola (bölgə rəhbəri) və yepiskop tərəfindən icazə əldə etməlidirlər. Keçirilən ayinlərdə mormonların cəmi 10 faizi iştirak edə bilir, qalan 90 faizi isə kilsədə keçirilən ayinlərdən məhrumdurlar. Ayinlərdə iştirak edən (xoşbəxtlər) ölənlərin əvəzinə xaç suyuna girirlər və ikinci dəfə sektanın rəhbərləri tərəfindən xaç suyu ilə “məsh” edilərək, sirləri gizli saxlayacaqlarına söz verirlər.

Mövzunu davam etdirəcəm.

Faiq Rəsulzadə 

3/07/2015

İŞİD ABŞ cinayətlərinin izlərini itirir (Araşdırma)

İraq ABŞ-ın işğalından yenicə azad olduqdan sonra, ölkə ərazisində terror təşkilatları baş qaldırdı. Qonşu Suriyada 2011-ci ildə başlanan terror hərəkatı ölkəni dağıdmağa başladı. Suriya ərazisində ABŞ-ın silah və digər dəstəyi ilə İŞİD terrorçuları Suriya ərazisindən keçərək İraqın ikinci böyük şəhəri olan Mosulu 2014-cü ilin iyun ayında işğal etdi. Mosul İŞİD tərəfində işğal edildiyi zamandan bu günə kimi orada olan tarixi abidələr dağıdılır.

İŞİD terror təşkilatı İraq ərazisində olan qədim tarixi özündə əks etdirən mədəni abidələrin dağıdılması ilə son günlər dünya mətbuatının diqqətini özünə çəkib. Bunu İŞİD terrorçuları nəyə görə edir? Bu suala cavab isə çoxlarını düşündürür. İŞİD terrorçuları bunu şirk və bidət olduğunu və ona görə dağıdıldığını deyərək, öz vəhhabi ardıcıllarını daha da bu işə həvəsləndirir. Əslində isə bu işin arxasında başqa məqamlar dayanıb. ABŞ İraqı işğal etdiyi dövrdə İraqdan xeyli sayda tarixi-mədəni abidəni oğurlayıb.  ABŞ Hərbi Hava Qüvvələri isə Mesopotamiya dövrünə aid tarixi məkanları və abidələri bombardımana məruz qoyaraq dağıdıb. İraqın və dünyanın tarixi irsi olan bu əvəzedilməz abidələr ABŞ tərəfindən talanaraq aparılıb. Bu cinayətləri ört-basdır etmək üçün, İŞİD ən əlverişli alətdir. ABŞ-dan aldıqları təlimatla İŞİD terrorçuları öz rəhbərlərinin etdikləri cinayətlərin izini itirmək məqsədi ilə gördüyümüz vandalizm aktlarını həyata keçirir. Beləliklə, ABŞ 2003-cü il işğal izlərini silməyə davam edir. Bu yolla həm ABŞ, həm də İŞİD qazanır. Terrorçular qara bazarda tarixi abidələri satmaqla öz maliyyəsini təmin edir. Talanan abidələr, tarixi ekspanatlar Britaniya və ABŞ-ın qara bazarlarında dollarlara çevrilərək İŞİD-in silah-sursatla təmin ediməsinə xidmət edir. BMT-nin Təhlükəsizlik  Şurasının Rusiya tərəfindən təklif edilən 2199 nömrəli qətnaməsinə diqqət etsək görərik ki, İŞİD-in neftdən sonra, ikinci maliyyə mənbəyi tarixi-mədəni abidələr və eksponatlardır.

Qeyd edək ki, İraq hökuməti ABŞ-dan bu ilin fevralında 2003-cü ildə İraqda ABŞ hərbçiləri tərəfindən oğurlanan 200 illik Tövratın geri qaytarılmasını tələb edib. 200 (1815) illik  tarixi olan Tövrat kitabı ABŞ tərəfindən Qüdsü işğal edən sionist rejimə qanunsuz olaraq təhvil verilib. İraq hökuməti bu hadisəyə etiraz edib. Bu, faktlardan biridir. ABŞ-ın İraqdan nə qədər tarixi abidənin oğurladığını isə düşünürəm ki, İŞİD vandallarının iz itirilmə əməliyyatından sonra araşdırılması daha da çətin olacaq.

Səhifələr

Ən Son Şərq Xəbərlərinin Ünvanı

Arxiv

Kateqoriyalar

Saat

Tərcümə

Məzənnə

Price