Rusiyanın Yaxın Şərqdə şah və matı
Rusiya və müttəfiqləri Suriyanı terror bataqlığından çıxana qədər bölgədəki
hərbi fəaliyyətini davam etdirəcək. Ukraynada baş verən çevriliş nəticəsində
legitim prezident Yanukoviç tutduğu postdan uzaqlaşdırılıb. Bununla da Donetsk
və Luqanskda qərbin təxribat və təşfiqi ilə antirus meylləri canlanmağa
başlayır. Bölgədə yaşayan Ruslar öz hüquqlarını qorumaq məqsədilə mübarizəyə
başlayırlar. Eyni zamanda Krım əhalisi xunta "faşist" hökumətini qəbul
etmək istəmədiklərini bəyan edərək Krımın Ukraynadan ayrılmasını, daha sonra isə
Rusiyaya birləşməsini istəyirlər. Bu hadisələrin gedişatı ilə qərb Rusiyanın
Suriyadakı fəaliyyətinə mane olmaq və yaxın şərqdə gedən proseslərdən kənar
qoymaq istəyirdi. Rusiyanı Ukrayna böhranı ilə məşğul etmək istəyən qərb, müttəfiqi
və əsas maliyyə mənbəyi olan Səudiyyəni Yəməndə xalq inqilabı ilə hakimiyyəti ələ
alan "Ənsarullah" və Yəmən xalqına qarşı aviasiya zərbələri endirməyə
təşviq edərək özünün ikiüzlülüyünü bir daha nümayiş etdirdi. Çünki ABŞ
Ukraynada inqilabı dəstəklədiyi bir zaman Yəməndə buna qarşı çıxdı. Yəməndə
hər şeyin plana uyğun getdiyini düşünən ABŞ, Suriya ərazisində Rus
aviasiyasının və hərbçilərinin olduğunu isteriya ilə tirajlamağa başladı.
Rusiya öz növbəsində Suriya hökumətinə beynəlxalq qanunlar çərçivəsində hərbi
texnika və təchizat verdiyini və bundan sonra da verəcəyini dəfələrlə bəyan
etmişdi. ABŞ və İsrail rejimi bu vəziyyətdən ciddi narahat olduqlarını heç bir
vəchlə gizlədə bilmədilər. Belə ki, sionist rejimin baş naziri Benyamin
Netanyahu Moskvaya təcili səfər edir və Putindən Suriyanın sionist rejimə qarşı
hər hansı bir hücum əməliyyatı etməməsi üçün zəmanət istəyir. Putin öz növbəsində
Suriya hakimiyyətinin öz ərazi bütövlüyü və dövlətçiliyi uğrunda ölüm-qalım
savaşını apardığını bəyan edərək, Sionist rejimə "mənə mane olma!"
mesajını verir. Rusiya artıq Suriyada olduğunu açıq şəkildə bəyan edərək ABŞ və
müttəfiqlərini regionda mat vəziyyətdə qoyur. Suriya ərazilərində terrorçuların
təmizlənməsi artıq Rusiya hərbi hava qüvvələrinin əməliyyatlarının bir hissəsinə
çevrilir. Rusiyanın Suriyada İŞİD və digər terror qruplarının mövqelərini
asanlıqla aşkar edərək məhv etməsi həm mediada, həm də yerli əhalinin gözündən
yayınmayaraq dünya gündəminin əsas manşetində yer aldı. Bir ildən artıq zaman çərçivəsində
ABŞ və müttəfiqlərinin terrorçuluqla mübarizədə gördüyü işi Rusiya Hərbi Hava
Qüvvələri qısa müddət ərzində həyata keçirib və bu templə də əməliyyatları
davam etdirir. Qərb və o cümlədən müttəfiqləri yenə də öz ikili standartlarını
ortaya qoyaraq "Rusiya Bəşər Əsədin müxaliflərini vurur" başlıqlı
dezionformasiyalar yayımlayır. "Müxailflər" isə öz növbəsində Suriya
hökumətini "kafir Rusiya" ilə birləşərək müsəlmanların ölümündə
ittiham edir. Lakin nədənsə özlərinin ABŞ, sionist İsrail rejimi və bir çox Avropa
ölkələrindən aldıqları yardımları unudurlar. ABŞ senatoru Con Makkeynin Suriya
"müxalifəti" ilə sıx əlaqələri barədə dünya ictimaiyyətinin xəbərdar
olduğunu yaddan çıxarırlar. Nəticə olaraq bu qənaətə gələ bilərik ki, bütün bu
canfəşanlıq ABŞ və müttəfiqlərinin bölgədə uduzduğunu və mat vəziyyətə
düşdüyünü göstərir. Bundan sonra ABŞ Yaxın Şərqdə törətdiyi və gizlətdiyi cinayətlərin
üstünü ört-basdır etməyə çalışacaq. Həmçinin Rusiya və müttəfiqləri isə
Suriyanı terror bataqlığından çıxarana qədər bölgədəki hərbi fəaliyyətlərini
davam etdirəcək.
0 Şərh:
Şərh Yaz