12/31/2015

Fələstinin bərəkətli və nemətli torpaqları 68 ildir ki işğalçı sionist rejimin əlindədir

İslam ümmətinin yaralı yeri olan müsəlmanların ilk qibləsi Qüdsün,müqəddəs Fələstinin bərəkətli və nemətli torpaqları 68 ildir ki işğalçı sionist rejimin əlindədir. 2015-ci ildə bu vəziyyət dəyişmədi fələstinlilər bu ildə də demək olar ki, tək qaldı körpələr öldürüldü insanlar öz yurdlarından sürgün edildi evləri söküldü. Sionist zindanlarına olan azad insanlar bir ildə qocaldı övladları bir yaş böyüdü şəhidlərin bir ili oldu. Ancaq islam ümməti bir santimetr belə vəhdətə yaxınlaşmağa cəhd etmədi. Fitnə ümməti bürdü. Lakin azadıq göyərçinləri hələdə var və bu mübarizə davam edəcək. Allah ordusu və nuru sönməyəcək. Dünya zülmdə batsada o bataqlığı qurudan bir günəş mütləq çıxacaq. Fələstinin Qarabağın və digər işğal altında olunan qəsb edilən torpaqlar mütləq qaytarılacaq. Fələstin və Qarabağ heç vaxt unudulmur. Unuturmaq istəyənlər yer üzündən inşəAllah silinəcək. Qarabağda və Qüdsdə görüşmək diləyi ilə.

İŞİD fitnəsi son nəfəsini almaqdadır


ABŞ -ın yaxın şərqdəki son hərəkətləri göstərir ki, İŞİD artıq son ilini yaşayır. Yəni İŞİD terror lahiyəsi ABŞ Sionist kordinatorlarına artıq sərf etmir və nəticə vermir. Suriya ordusu ard-arda Rusiya və İranın ciddi yardımı ilə ölkə ərazilərini nəzarəti bərpa edir. Hələ də o fikirdəyəm ki, Suriya ordusu zəfəri Rəqqa şəhərini təmizlədikdən sonra elan edəcək. Son 5 il ərzidnə İslam dini adı altında İŞİD və digər İslamdan xəbəri olmayan dəstələr insnları qətlə yetirərək bütün dünyada İslama ləkə vurmaq üçün nə desən etdilər. Öz ölkələrində monarxiya idaretmə üsulu olan rejim sakinləri Suriya ərazisində "demokratiya" axtarırdılar. İnşəAllah 2016 -cı təqvim ilində Suriya xalqə Sünnisi ilə Şiəsi ilə vədigər dinlərlə sülh və əminamanlıqda yaşayar. Dünyanın şər mərkəzi olan və regionun fitnə məntəqəsi olan Səudiyyə rejimi və ABŞ-ın yeni planlarından amanda qalar inşaAllah.

12/16/2015

Türkiyə hakimiyyətinin strateji səhvi

Sonda narazı olan xalq Ərdoğan rejiminin getməsinə səbəb olacaq 


Bildiyiniz kimi bir neçə gün idi ki, Suriya ərazisində Türkmən dağı ərazisində şovinistlər Türkmanların Rusiya Hərbi Kosmik Qüvvələri təyyarələri tərəfində bombardmana məruz qalaraq öldürüldükləri şaiələri yayılmışdır. Bu xəbərlər fonunda ötən gün RHKQ-nə məxsus SU-24 təyyarəsi Türkiyəyə məxsus F-16 qırıcısı tərəfindən vuruldu. Türkiyə hakimiyyətinin səhvi nə idi?
 1.Türkiyə Rusiya ilə müharibə şəraitində deyil və hətta  onun hava məkanına digər ölkənin təyyarəsi daxil olsa belə onu vurmaq zərurəti yoxdur.
 2. Suriya ərazisində türkmanlar avia zərbələr nəticəsində 2012-2013 cü ildən sərhəd ərazilərdə öz yaşayış yerlərini tərk ediblər. Fərz edək ki, orada mülki əhali var. Nə üçün Türkiyə miyonlarla Suriyalı qaçqına ərazisində sığınacaq verdiyi halda sərhəd və qonşuluqda yaşayan Turkmanların təxliyyə edilməsi üçün bu 5 il ərzində və xüsusilə son aylar heç bir iş görməyib? Ən ümdəsi  bu təxliyyə üçün “Rusiyaya bomardmanları dayandır! Orada yaşayan mülki vətəndaşları təxliyyə edirəm!” - deyə müraciət etmədi. Halbuki bu müraciət rəsmi şəkildə Rusiya tərəfinə edilsəydi, müharibə bitəndən sonra təxliyyə edilən əhalini yenidən geri qaytarmaq üçün hüquqi bir sənəd olardı və heç bir türkman terrorçularla mübarizə aparan Rusiaya və Suriya ordusunun ola biləcəyi təhlükəsindən aman da qalardı.
3. Türkiyənin Rusiyaya məxsus təyyarəni vurduqdan sonra dərhal NATO-ya müraciət etməsi onu göstərir ki, Türkiyənin tək başına bu addımı ata biləcək gücü yoxdur. Bu hərəkət özlüyündə böyük sübutdür və bu ölkənin zəif olmasının göstəricisidir.  
4. Bu addım Türkiyə ilə Rusiya arasında milyardlarla ticarət dövriyyəsinə, ən başlıcası isə kənd təsərüfatı və turizmə mənfi təsir edəcək. Bu da Türkiyənin sadə vətəndaşlarının gündəlik həyatında kəskin hiss olunacaq.
5-ci səhv isə Türkiyənin özü İraq və Yunanıstan hava sahələrini dəfələrlə pozduğu halda digər ölkələrə nöqsan tutmasıdır. (Rusiya tərəfi ötən gün bəyan etdi və dəlillər ortaya qoydu ki, Türkiyə hava sahəsi pozulmayıb).
Sonda qeyd edim ki, Ərdoğan hökumətinin terrorçuları dəstəkləməsi və buna dair sübutlar Türkiyə mediasında və dünya mediasında dəfələrlə səsləndirlib.  Fikrimcə Türkiyə əhalisi özü də hakimiyyətin bu əssasız addımı atmasını qınayacaq. Emosional hisslərə qapılıb digər ölkənin təyyarəsinin heç bir əsas olmadan vurulması yalnız və yalnız sadə Türkiyə vətəndaşlarının zərərinədir. Çünki minlərlə Türkiyə vətəndaşı  ticarət, türizm və digər sahələrdə Rusiya ərazisində çalışır və müştərək şirkətləri mövcuddur. Rusiya ilə əlaqələrin pisləşməsi Türk vətəndaşlarına və daha sonra Ərdoğan rejiminə mənfi  təsir edəcək. Və narazı olan xalq Ərdoğan rejiminin getməsinə səbəbSonda narazı olan xalq Ərdoğan rejiminin getməsinə səbəb olacaq - See more at: http://islamazeri.az/yazaryazi/turkiye-hakimiyyetinin-strateji-sehvi--36311.html#sthash.TU50PA0T.dpufc c Sonda narazı olan xalq Ərdoğan rejiminin getməsinə səbəb olacaq - See more at: http://islamazeri.az/yazaryazi/turkiye-hakimiyyetinin-strateji-sehvi--36311.html#sthash.TU50PA0T.dpufSonda narazı olan xalq Ərdoğan rejiminin getməsinə səbəb olacaq - See more at: http://islamazeri.az/yazaryazi/turkiye-hakimiyyetinin-strateji-sehvi--36311.html#sthash.TU50PA0T.dpuf

11/04/2015

Vəhhabi krallığı başını itirib

Bildiyiniz kimi, son aylar Səudiyyədə baş verən kütləvi ölüm halları və idarəetmədə naşılıq ucbatından bu rejimin ərazisində minlərlə insan dünyasını dəyişib.  Bu hələ Səudiyyə rejiminin daxilində törətdiyi cinayətlərdir. Bu siyahıya rejimin Suriya , İraq və ən mühümü isə Yəmən ərazisində törətdiyi qətliamları da daxil etmək olar. Hələ rəsmi olaraq Yəmən ərazisində 6000 mindən çox mülki vətəndaş qətlə yetirilib, milyonlarla insan aclıq və didərginliyə düçar edilib. Buna baxmayaraq, Səudiyyə və müttəfiqləri 200 gündən artıqdır ki, Yəməndə öz məqsədlərinə nail ola bilməyiblər. Əksinə,  Cizan, Nəcran və Əsir vilayətlərində nəzarəti demək olar ki, itiriblər. “Ənsarullah”  və Yəmən ordusu  blokadaya baxmayaraq, uğurlu əməliyyatları davam etdirir.  Yəmən xalqının qondarma rəhbər istəmədiyinə və müstəqil iradəsini bəyan etdiyinə dözə bilməyən Səudiyyə rejimi Yəmən inqilabını hər vəchlə İranla əlaqələndirir. Lakin indiyə kimi bu haqda heç bir sənəd və dəlil ortaya qoyulmayıb. Bütün bu məğlubiyyətlərin fonunda Səudiyyə öz acığını yuxarıda qeyd etdiyim formada kütləvi olaraq Əhli-beyt (ə) ardıcıllarını qətlə yetirməklə çıxmağa çalışır. Buna, Səudiyyənin Əvamiyyə bölgəsindəki məscidlərdə  ardıcıl olaraq terror aktlarının törədilməsi,  Həcc mərasimində yüzlərlə iranlı zəvvarların naməlum şəraitdə ölüməsini misal çəkmək olar. Bütün bu ölümlərin əsas hədəfi isə təbii ki, Səudiyyə-sionist birliyinin marağının əleyhinə olan Əhli-beyt ardıcıllarıdır. Özlərini iki müqəddəs hərəmin sahib və qoruyucusu adlandıran Səudiyyə kralığı  atdığı addımların uğursuzluğundan və Yəməndə və Suriyadakı planlarının fiaskoya uğramasınıdan qorxuya düşərək  Fars Körfəzi Əməkdaşlıq Təşkilatı ilə birlikdə sionist İsrail rejimindən “Dəmir Qübbə” raket hücumundan müdafiə sistemi və "Xeç-1", "Xeç-2" raketləri almaq barədə danışıqlara gedib. Səudiyyə rejiminin başını itirməsi Adil əl-Cubeyrin çıxışında bir daha  özünü biruzə verdi. Belə ki, səudiyyəli nazir bəyan etdi ki, Suriya və Yəmən məsələsi bizim üçün Fələstindən daha önəmlidir. Təbii ki, sionist rejimlə dostluq bunu tələb edir. Çünki ABŞ və İsrail rejimindən asılı olmaq istəməyən və onlara boyun əyməyən Yəmən və Suriya Səudiyyə rejimini narahat edir. Lakin artıq gecdir. Yuxarıda qeyd etdiyim kimi Səudiyyənin də yaxın müttəfiqi ABŞ kimi bu ölkələrdəki siyasəti fiaskoya uğrayıb. Sonda qeyd edim ki, Kral Salmanın alzheimer xəstəsi olması və onun əvəzinə şahzadə Məhəmməd ibn Salmannın krallığı idarə etməsi Səudiyyə rejiminin hələ çox səhvlər buraxacağından xəbər verir. 

10/16/2015

ABŞ-ın növbəti İŞİD gedişi - Tacikistan


Yaxın Şərqdə geniş vüsət alan terror dalğası və İŞİD-in 2006-cı ildən bu yana fəaliyyəti terror təşkilatının güclənməsinə və peşəkar terrorçular yetişdirməsinə səbəb oldu. Müxtəlif ölkələrin kəşfiyyatları tərəfindən İŞİD-i ABŞ-ın yaratdığını və istədiyi zaman istədiyi yerdə islam dini adından fitnə və xaos yaratmaq üçün bilavasitə öz aləti kimi istifadə etdiyi barədə yetərincə məlumatlar dərc edilib. Yaxın şərqdə ABŞ-ın planlarının ürəklərincə olmadığı və bölgədə faktiki olaraq uduzduğu barədə ötən yazımda məlumat vermişdim. Lakin ABŞ-ın bunun əvəzini çıxmaq məqsədilə nələr edə biləcəyi barədə bir neçə cümlə yazmaq istəyirəm... Bildiyiniz kimi on ildən artıqdır ki, Əfqanıstanda anti-terror əməliyyatı ilə məşğul olan və NATO-nu da bu işə cəlb edən ABŞ-ın əslində qlobal marağı Çin və Rusiya sərhədlərinə yaxın yerdə daim öz hərbi qüvvələrini və yerli dəstələri idarə edən gizli kəşfiyyatını saxlamaq olub. Bu səbəblə də son günlər Əfqanıstanın şimalında yerləşən Qunduz vilayətində "Taliban"ın aktivləşməsi və şəhər mərkəzini nəzarətə alması diqqətdən yayınmadı. Daha sonra Əfqanıstan ordusu ilə "qəhrəman" ABŞ əsgərlərinin adı çəkilən ərazini təmizləməsi bölgədə vəziyyətin dəyişməsindən xəbər verirdi. Bu hadisələrdə ABŞ-ın barmağının olmamasını göstərmək məqsədilə ABŞ "bilmədən" orada yerləşən xəstəxanaya avizərbə endirir və 20 nəfərdən artıq mülki vətəndaş dünyasını dəyişir. Bu da beynəlxalq ictimaiyyətin tənqidinə səbəb olur. Daha sonra isə Pentaqon bu hadisəyə görə üzr istəyir. Sonuncu üzr istəmə də daxil olmaqla, bütün bu olaylar ABŞ-ın Əfqanıstanın şimalında, Rusiyanın şərq sərhədboyu ərazilərində, Çinin Sincan-Uyğur vilayətinin yaxınlığında İŞİD terrorçuları üçün yeni qanlı paliqon ərsəyə gətirmək üçün fikir yayındırmaqdan başqa bir şey deyil. Əfqanıstan və Rusiya mənbələrinin məlumatına əsasən, hazırda Əfqanıstanın şimalında, Tacikistan sərhədində 3500-dən artıq İŞİD terrorçusu saylarını artırmaqla və güclənməklə məşğuldur. Sayı artmaqda olan İŞİD terrorçularının indiyə kimi nə "Taliban"a, nə də ki, Əfqanıstan dövlət ordusuna qarşı heç bir fəaliyyət göstərməməsi həqiqətən şübhəli məsələdir. Ötən günlərdə Rusiya Müdafiə Nazirliyi Tacikistan sərhədlərini qorumaq məqsədilə bu istiqamətdə iki alay və vertolyot *eskadrilyası göndərib. Bundan əlavə, Rusiya Tacikistanda yerləşən 10 min nəfər şəxsi heyətə malik olan çevik qüvvələrin formalaşdırılmasına da başlayıb. Bu da ABŞ-ın növbəti İŞİD təxribatını Tacikistanda törətməklə Rusiyanı və hətta Çin hökumətini bölgədə yeni terror dalğası ilə üz-üzə qoyaraq Yaxın Şərq məğlubiyyətinin əvəzini çıxmaq istəyindən xəbər verir. Eskadrilya - Bir neçə təyyarə dəstəsindən ibarət olan hərbi aviasiya. Bombardmançı eskadrilya. 

10/09/2015

Rusiyanın Yaxın Şərqdə şah və matı

Rusiya və müttəfiqləri Suriyanı terror bataqlığından çıxana qədər bölgədəki hərbi fəaliyyətini davam etdirəcək. Ukraynada baş verən çevriliş nəticəsində legitim prezident Yanukoviç tutduğu postdan uzaqlaşdırılıb. Bununla da Donetsk və Luqanskda qərbin təxribat və təşfiqi ilə antirus meylləri canlanmağa başlayır. Bölgədə yaşayan Ruslar öz hüquqlarını qorumaq məqsədilə mübarizəyə başlayırlar. Eyni zamanda Krım əhalisi xunta "faşist" hökumətini qəbul etmək istəmədiklərini bəyan edərək Krımın Ukraynadan ayrılmasını, daha sonra isə Rusiyaya birləşməsini istəyirlər. Bu hadisələrin gedişatı ilə qərb Rusiyanın Suriyadakı fəaliyyətinə mane olmaq və yaxın şərqdə gedən proseslərdən kənar qoymaq istəyirdi. Rusiyanı Ukrayna böhranı ilə məşğul etmək istəyən qərb, müttəfiqi və əsas maliyyə mənbəyi olan Səudiyyəni Yəməndə xalq inqilabı ilə hakimiyyəti ələ alan "Ənsarullah" və Yəmən xalqına qarşı aviasiya zərbələri endirməyə təşviq edərək özünün ikiüzlülüyünü bir daha nümayiş etdirdi. Çünki ABŞ Ukraynada inqilabı dəstəklədiyi bir zaman Yəməndə buna qarşı çıxdı.  Yəməndə hər şeyin plana uyğun getdiyini düşünən ABŞ, Suriya ərazisində Rus aviasiyasının və hərbçilərinin olduğunu isteriya ilə tirajlamağa başladı. Rusiya öz növbəsində Suriya hökumətinə beynəlxalq qanunlar çərçivəsində hərbi texnika və təchizat verdiyini və bundan sonra da verəcəyini dəfələrlə bəyan etmişdi. ABŞ və İsrail rejimi bu vəziyyətdən ciddi narahat olduqlarını heç bir vəchlə gizlədə bilmədilər. Belə ki, sionist rejimin baş naziri Benyamin Netanyahu Moskvaya təcili səfər edir və Putindən Suriyanın sionist rejimə qarşı hər hansı bir hücum əməliyyatı etməməsi üçün zəmanət istəyir. Putin öz növbəsində Suriya hakimiyyətinin öz ərazi bütövlüyü və dövlətçiliyi uğrunda ölüm-qalım savaşını apardığını bəyan edərək, Sionist rejimə "mənə mane olma!" mesajını verir. Rusiya artıq Suriyada olduğunu açıq şəkildə bəyan edərək ABŞ və müttəfiqlərini regionda mat vəziyyətdə qoyur. Suriya ərazilərində terrorçuların təmizlənməsi artıq Rusiya hərbi hava qüvvələrinin əməliyyatlarının bir hissəsinə çevrilir. Rusiyanın Suriyada İŞİD və digər terror qruplarının mövqelərini asanlıqla aşkar edərək məhv etməsi həm mediada, həm də yerli əhalinin gözündən yayınmayaraq dünya gündəminin əsas manşetində yer aldı. Bir ildən artıq zaman çərçivəsində ABŞ və müttəfiqlərinin terrorçuluqla mübarizədə gördüyü işi Rusiya Hərbi Hava Qüvvələri qısa müddət ərzində həyata keçirib və bu templə də əməliyyatları davam etdirir. Qərb və o cümlədən müttəfiqləri yenə də öz ikili standartlarını ortaya qoyaraq "Rusiya Bəşər Əsədin müxaliflərini vurur" başlıqlı dezionformasiyalar yayımlayır. "Müxailflər" isə öz növbəsində Suriya hökumətini "kafir Rusiya" ilə birləşərək müsəlmanların ölümündə ittiham edir. Lakin nədənsə özlərinin ABŞ, sionist İsrail rejimi və bir çox Avropa ölkələrindən aldıqları yardımları unudurlar. ABŞ senatoru Con Makkeynin Suriya "müxalifəti" ilə sıx əlaqələri barədə dünya ictimaiyyətinin xəbərdar olduğunu yaddan çıxarırlar. Nəticə olaraq bu qənaətə gələ bilərik ki, bütün bu canfəşanlıq ABŞ və müttəfiqlərinin bölgədə uduzduğunu və mat vəziyyətə düşdüyünü göstərir. Bundan sonra ABŞ Yaxın Şərqdə törətdiyi və gizlətdiyi cinayətlərin üstünü ört-basdır etməyə çalışacaq. Həmçinin Rusiya və müttəfiqləri isə Suriyanı terror bataqlığından çıxarana qədər bölgədəki hərbi fəaliyyətlərini davam etdirəcək.

8/26/2015

Arianlar (Araşdırma)

Arianlıq 2-ci Ümumdünya Kilsə Şurası tərəfindən rəsmi şəkildə 381-ci ildə küfr elan edildi 

Arianlar (Arianizm xristian məzhəblərindən biri)

Arianlıq 4-6-cı əsrlərdə İskəndəriyyəli rahib Ariyin (ölüm tarixi 336-il) iddiası bu idi ki, İsa (ə) Allahla bərabər qüdrətdə deyil və Allahın iradəsi ilə yaradılmışdır. Əbədi deyil və Allahla insanlar arasında bir vasitədir. 1-ci Ümumdunya Kilsə Şurası 325-ci ildə Arianlıq məzhəbini tənqid etdilər və rahib Ariyi kafir adlandıraraq sürgün etdilər.

Arianlıq 2-ci Ümumdünya Kilsə Şurası tərəfindən rəsmi şəkildə 381-ci ildə küfr elan edildi. Xristianların nəzərinə görə Arianlıq rahib Arian adından götürülmüş küfr məzhəbdir. Çunki rahib Arian İsanın (ə) Allahla bərabər qüvvəyə və eyni olması iddiası doqmatına (bildirək ki, kilsə bu cür qəbul edir) qarşı çıxmışdır. İlk dəfə bu mübahisə rahib Arian ilə İskəndəriyyə kilsəsinin Arxiyepiskopu Aleksandr arasında 318-ci ildə baş verib. Arianlıq 325-ci ildə və 2-ci dəfə 381-ci ildə tənqid olunmağına və küfr elan edilməsinə baxmayaraq, İmperator Konstantin (Böyük Konstantin) 337-ci ildə ölümündən 381-ci il ikinci Ümumdünya Kilsəsinin zamanına qədər Ümumdünya Kilsəsində Arianlıq məzhəbinin nümayəndələri üstünlük təşkil edib və bu ideologiya Kilsənin öncül təlimlərindən olub. Buna baxmayaraq Arianlıq məzhəbinin ardıclıları da parçalandılar və iki dəstəyə ayrıldılar.

İfrat arianlara “anomey”, mülayim arianlar isə “omusian” adlanıb. İmperator 2-ci Konstantin (Flavius Julius Constantius) 337-361-ci illər və İmperator Valent Flavius 364-378-ci illərdə Arianlıq məzhəbinin himayədarları olublar. Arianlıq məzhəbinin qüvvəsini itirməsi İmperator 1-ci Feodosinin gəlişindən sonra köklü şəkildə dəyişdi (379-395). Belə ki, onun imperator olmasından sonra Ata-Ogül-Müqqədəs Ruh inancına yenidən qayıdıldı. Beləliklə Arianlıq məzhəbinin Konstantinopolda (İstanbulda) 40 illik üstünluyü sona çatdı. Buna baxmayaraq, Arianlıq məzhəbi 4-6-cı əsrlərdə xristianlığı qəbul etmiş Alman millətlərinin əsas məzhəblərindən biri olaraq qalıb. Bu millətlərdən osqotlar, vesqotlar, vandallar, burqundlar və lanqobardlar olub. Vandallar şimalı Afrikada provoslav məzhəbinin nümayəndələrinə qarşı sərtliyi ilə yadda qalıblar. Onların sərt hakimiyyəti Bizans ordusuna 533-cü ildə məğlubiyyəti ilə sona çatıb. Burqundlar isə Frank krallığına birləşdirilənədək Arian məzhəbinə etiqadları olub. Osqotlar İtaliyada özlərinin bizanslılar tərəfindən 553-cü ildə tam darmadağın edilməsinə kimi arian olublar. Vesqotlar İspaniyada Toledo kilsəsinin yaranmasına kimi (589-cu il), lanqobardlar isə 7-cı əsrin yarısına kimi Arian məzhəbinin nümayəndələri olublar.

381-ci ildə Arianlıq kilsə tərəfindən küfr elan edilməsinə baxmayaraq, bir neçə əsr onun ardıcılları qalmaqda davam edir, belə ki, şərqi və mərkəzi Avropada arianlara rast gəlmək olurdu. Ukrayna ərazisində yerləşən Qoşa bölgəsində Arian məzhəbinin ardıcılları sıx məskunlaşmışdılar.



Arianlıq məzhəbinin konservativ klassik ardıcılları qalmasa da, bu məzhəbə bənzər cərəyanlar qalmaqda davam edir. İsanın (ə) Allahın oğlu olmaması və Allahdan asılı olmasını bəyan edən xristian məzhəbləri günümüzdə də mövcuddur. Kilsə doqmatı olan Ata-Oğul-Müqəddəs Ruh nəzərini qəbul etməyən xristianlar kilsələr tərəfindən kafir elan edilir. İslam dinin əsas prinsipi olan Tövhid prinsipini demək olar ki, xristianlar qəbul etmir və Allaha oğul nisbəti verirlər. 

Xristian kilsələrinin qəbul etmədiyi batil məzhəblərdən biri də Yahova şahidləridir. Bu məzhəbin ardıclıları da maraqlıdır ki, Arianlıq məzhəbinin ardıcılları kimi İsanı (ə) Allahın elçisi kimi tanıyırlar, lakin Allahın qüdrətinin artıb-azaldığı dövrün olduğuna da inanırlar. Hal-hazırda dünyanın müxtəlif ölkələrində öz batil inanclarını təbliğ etməkdədirlər. İslam dininə tarixdə loyal yanaşan xristianların arian olması iddia edilir. Bəzi xristian mənbələri İslam peyğəmbəri Həzrət Muhəmmədin (s) Arian xristianlarını hidayət etdiyini qeyd edir. 

Təbii ki, İslamı qəbul edən xristianlara kilsədə azmış insan kimi baxsalar da, həqiqətdə o xristianlar haqqı taparaq hidayətə qovuşublar. Tarixi kitablara nəzər saldıqda Arianlıq məzhəbi haqqında Avropada çox az məlumata rast gəlmək olur. Bu da başa düşüləndir, çünki tarix boyu kilsələrin təzyiqi buna səbəb olub.

Hazırladı: 20.06.2014
Faiq Rəsulzadə 

Səhifələr

Ən Son Şərq Xəbərlərinin Ünvanı

Arxiv

Saat

Tərcümə

Məzənnə

Price