8/26/2015

Arianlar (Araşdırma)

Arianlıq 2-ci Ümumdünya Kilsə Şurası tərəfindən rəsmi şəkildə 381-ci ildə küfr elan edildi 

Arianlar (Arianizm xristian məzhəblərindən biri)

Arianlıq 4-6-cı əsrlərdə İskəndəriyyəli rahib Ariyin (ölüm tarixi 336-il) iddiası bu idi ki, İsa (ə) Allahla bərabər qüdrətdə deyil və Allahın iradəsi ilə yaradılmışdır. Əbədi deyil və Allahla insanlar arasında bir vasitədir. 1-ci Ümumdunya Kilsə Şurası 325-ci ildə Arianlıq məzhəbini tənqid etdilər və rahib Ariyi kafir adlandıraraq sürgün etdilər.

Arianlıq 2-ci Ümumdünya Kilsə Şurası tərəfindən rəsmi şəkildə 381-ci ildə küfr elan edildi. Xristianların nəzərinə görə Arianlıq rahib Arian adından götürülmüş küfr məzhəbdir. Çunki rahib Arian İsanın (ə) Allahla bərabər qüvvəyə və eyni olması iddiası doqmatına (bildirək ki, kilsə bu cür qəbul edir) qarşı çıxmışdır. İlk dəfə bu mübahisə rahib Arian ilə İskəndəriyyə kilsəsinin Arxiyepiskopu Aleksandr arasında 318-ci ildə baş verib. Arianlıq 325-ci ildə və 2-ci dəfə 381-ci ildə tənqid olunmağına və küfr elan edilməsinə baxmayaraq, İmperator Konstantin (Böyük Konstantin) 337-ci ildə ölümündən 381-ci il ikinci Ümumdünya Kilsəsinin zamanına qədər Ümumdünya Kilsəsində Arianlıq məzhəbinin nümayəndələri üstünlük təşkil edib və bu ideologiya Kilsənin öncül təlimlərindən olub. Buna baxmayaraq Arianlıq məzhəbinin ardıclıları da parçalandılar və iki dəstəyə ayrıldılar.

İfrat arianlara “anomey”, mülayim arianlar isə “omusian” adlanıb. İmperator 2-ci Konstantin (Flavius Julius Constantius) 337-361-ci illər və İmperator Valent Flavius 364-378-ci illərdə Arianlıq məzhəbinin himayədarları olublar. Arianlıq məzhəbinin qüvvəsini itirməsi İmperator 1-ci Feodosinin gəlişindən sonra köklü şəkildə dəyişdi (379-395). Belə ki, onun imperator olmasından sonra Ata-Ogül-Müqqədəs Ruh inancına yenidən qayıdıldı. Beləliklə Arianlıq məzhəbinin Konstantinopolda (İstanbulda) 40 illik üstünluyü sona çatdı. Buna baxmayaraq, Arianlıq məzhəbi 4-6-cı əsrlərdə xristianlığı qəbul etmiş Alman millətlərinin əsas məzhəblərindən biri olaraq qalıb. Bu millətlərdən osqotlar, vesqotlar, vandallar, burqundlar və lanqobardlar olub. Vandallar şimalı Afrikada provoslav məzhəbinin nümayəndələrinə qarşı sərtliyi ilə yadda qalıblar. Onların sərt hakimiyyəti Bizans ordusuna 533-cü ildə məğlubiyyəti ilə sona çatıb. Burqundlar isə Frank krallığına birləşdirilənədək Arian məzhəbinə etiqadları olub. Osqotlar İtaliyada özlərinin bizanslılar tərəfindən 553-cü ildə tam darmadağın edilməsinə kimi arian olublar. Vesqotlar İspaniyada Toledo kilsəsinin yaranmasına kimi (589-cu il), lanqobardlar isə 7-cı əsrin yarısına kimi Arian məzhəbinin nümayəndələri olublar.

381-ci ildə Arianlıq kilsə tərəfindən küfr elan edilməsinə baxmayaraq, bir neçə əsr onun ardıcılları qalmaqda davam edir, belə ki, şərqi və mərkəzi Avropada arianlara rast gəlmək olurdu. Ukrayna ərazisində yerləşən Qoşa bölgəsində Arian məzhəbinin ardıcılları sıx məskunlaşmışdılar.



Arianlıq məzhəbinin konservativ klassik ardıcılları qalmasa da, bu məzhəbə bənzər cərəyanlar qalmaqda davam edir. İsanın (ə) Allahın oğlu olmaması və Allahdan asılı olmasını bəyan edən xristian məzhəbləri günümüzdə də mövcuddur. Kilsə doqmatı olan Ata-Oğul-Müqəddəs Ruh nəzərini qəbul etməyən xristianlar kilsələr tərəfindən kafir elan edilir. İslam dinin əsas prinsipi olan Tövhid prinsipini demək olar ki, xristianlar qəbul etmir və Allaha oğul nisbəti verirlər. 

Xristian kilsələrinin qəbul etmədiyi batil məzhəblərdən biri də Yahova şahidləridir. Bu məzhəbin ardıclıları da maraqlıdır ki, Arianlıq məzhəbinin ardıcılları kimi İsanı (ə) Allahın elçisi kimi tanıyırlar, lakin Allahın qüdrətinin artıb-azaldığı dövrün olduğuna da inanırlar. Hal-hazırda dünyanın müxtəlif ölkələrində öz batil inanclarını təbliğ etməkdədirlər. İslam dininə tarixdə loyal yanaşan xristianların arian olması iddia edilir. Bəzi xristian mənbələri İslam peyğəmbəri Həzrət Muhəmmədin (s) Arian xristianlarını hidayət etdiyini qeyd edir. 

Təbii ki, İslamı qəbul edən xristianlara kilsədə azmış insan kimi baxsalar da, həqiqətdə o xristianlar haqqı taparaq hidayətə qovuşublar. Tarixi kitablara nəzər saldıqda Arianlıq məzhəbi haqqında Avropada çox az məlumata rast gəlmək olur. Bu da başa düşüləndir, çünki tarix boyu kilsələrin təzyiqi buna səbəb olub.

Hazırladı: 20.06.2014
Faiq Rəsulzadə 

0 Şərh:

Şərh Yaz

Səhifələr

Ən Son Şərq Xəbərlərinin Ünvanı

Arxiv

Saat

Tərcümə

Məzənnə

Price